Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 dekabr 2025-ci tarixində Slovakiya Respublikasına səfər edib, bu ölkənin rəhbərliyi ilə görüşlər keçirib. Səfər əsnasında Azərbaycanla Slovakiya arasında hərbi sənaye sahəsində əməkdaşlığın qurulması ilə bağlı niyyət ifadə olunub, fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev mətbuata bəyanatında da Azərbaycanın bu istəyinə toxunub, ölkəmizlə Slovakiya araında belə bir əməkdaşlığın hər kəs üçün faydalı olacağını bildirib:
“Bizim digər perspektivli əməkdaşlıq sahəsi haqqında Siz artıq dediniz, bu da müdafiə sənayesi sahəsidir. Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, müharibə Azərbaycan üçün geridə qalıb və ölkəmizin hərbi sənaye kompleksini inkişaf etdirməkdə məqsədi heç də hansısa müharibəyə hazırlıq deyil. Məqsəd hərbi sənayeni ümumi sənayenin bir qolu kimi inkişaf etdirmək, bu sahədə yeni texnoloji nailiyyətlərə imza atmaq və dünya bazarında uğurla təmsil olunmaqdır.
Şübhəsiz, Azərbaycanın hərbi sənaye potensialını genişləndirməsi onun özünün müdafiə və təhlükəsizlik qabiliyyətinin arrtıılması baxımından da mühüm əhəmiyyətə malikdir. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi və bu müharibədə yerli hərbi məhsulların oynadığı mühüm rol bunu bir daha sübut edir. Bu mənada ölkəmizin hərbi sənaynin inkişafına vüsət verməsi Azərbaycanın öz gücünə güc qatması baxımından da önəmlidir.
Unutmamlıyıq ki, bizim üçün geridə qalan yalnız müharibədir, təhlküəsizlik qayğıları deyil. Və biz öz təhlükəsizliyimizi təmin etmək, yeni müharibələr yol verməmək üçün daim güclü qalmağa, hərbi sənayemizi inkişaf etdirməyə məcburuq.
Seymur ƏLİYEV