“Atam Azərbaycanın ilk şaxta babası olub, bizə vəsiyyət etmişdi ki..”-“Xoruz baba”-nın qızından ETİRAFLAR
Ekskluziv
1449
15:03, Bu gün

“Atam Azərbaycanın ilk şaxta babası olub, bizə vəsiyyət etmişdi ki..”-“Xoruz baba”-nın qızından ETİRAFLAR

“Mənim atam Azərbaycanın ilk şaxta babası olub. Bilirsiniz ki, Hüseynağa müəllim Gənc Tamaşaçılar teatrında əsas aktyor olaraq çalışırdı. O şaxta baba rolu ilə həm teatrda, həm məktəblərdə, həm də baxçalarda çıxış edirdi. Heç vaxt kiminsə qəlbinə dəyməzdi, uşaqlara “yox” deməzdi. Yadımdadır ki, evdə onun şaxta baba geyimləri, saqqalları, papaqları var idi. Atamın iştirak etdiyi şaxta baba tamaşalarında mən də iştirak edirdim. Yolka şənlikləri o vaxt maraqlı keçirdi”

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, uşaqların “xoruz baba” kimi tanıdığı xalq artisti Hüseynağa Sadıqovun qızı deyib. O daha sonra əlavə edib:


“Uşaqlara olan sevgim atamdan mənə keçib. Uşaqlar onu görən kimi qabağına qaçırdılar. Hətta bəzi hallarda qısqanırdım ki, atam uşaqlara daha çox diqqət ayırır, nəinki mənə. Getdikcə anladım ki, uşaqlar onu çox sevir. Mən onsuz da evdə atamla birlikdə idim. Siz bir bilsəniz bizim evə nə qədər məktublar gəlirdi. Hamısını oxuyurdu, saxlayırdı. Hətta ölümündən əvvəl də uşaqlarla görüşdən gəlmişdi.. Ulu Öndər Heydər Əliyev hər zaman atamın tamaşalarına gəlirdi, söhbət edirdi. Atama böyük diqqəti və qayğısı var idi. Heydər Əliyev görüşlərdən birində dedi ki, “mən xalqın prezidentiyəm, sən isə uşaqların prezidentisən”. Hətta bir dəfə atamın evini satanda Heydər Əliyev mənə dedi ki, “Xoruz babanın da evini satarlar?”. Atama olan hörmət bu gün də davam etdirilir. Hər zaman atam xatırlanır, yada düşür və ona rəhmət oxuyurlar. Atam dəbdəbəni sevməzdi, uzaq idi. Çox sadə həyat yaşayırdı. Biz şəhərdə piyada gəzirdik. Təsəvvür etməzdiniz ki, mənzil başına çatana qədər atamı yolda nə qədər saxladırdılar.. Atam hətta mənə vəsiyyət edib demişdi ki, “mənim üçün dəbdəbəli, şəkilli baş daşı qoymayın”. O hansısa ölkələrdən birində görkəmli sənətkarın sadə baş daşısını görmüşdü. Biz də onun son arzusunu yerinə yetirdik və ona özünəməxsus sadə baş daşı qoyduq. Nə qədər ki, Azərbaycan teatrı, kino sənəti yaşayır, atam da yaşayacaq” deyə sənətkarın övladı bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər