“Biz 26 Bakı Komissarları rayon partiya komitәsinin icazәsi ilә bir һiylә işlәtmişdik...”- ARXİV 
Ekskluziv
248
12:02, Bu gün

“Biz 26 Bakı Komissarları rayon partiya komitәsinin icazәsi ilә bir һiylә işlәtmişdik...”- ARXİV 

“Azәrbaycan Kommunist Partiyasının Mәrkәzi Komitәsi vә Şәһәr partiya komitәsinin rәһbәrlәri mәnә deyirdilәr ki, nә qәdәr ki, camaat mәni müdafiә edir, onlara sonradan tәsir etmәk üçün bu inamı qoruyub saxlamaq lazımdır...”
 
"Partiya vә sovet orqanlarının nümayәndәlәri mәnim çıxışlarıma qulaq asıb, mәnә bu barәdә һeç bir xәbәrdarlıq etmirdilәr. Çünki әsas mәqsәd meydandakı kütlә ilә әlaqәni kәsmәmәk idi..."
 
...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
 
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
 
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artir Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 291-293-cü səhifələrində sonradam müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  
 
(Əvvəli burada: )
 
“Rüstəmxanlı Sabir Xudu oğlu(26-27 yanvar, 21 aprel 1989-cu il. Müstəntiq- O. S. İlin):
 
“...Mən dəfələrlə pul yığmaqla məşğul olan Rəsulun adını eşitmişəm, ancaq onu üzdən tanımırdım və familiyasını da bilmirdim...
 
...Mən pul yığmağın əleyhinə olmuşam. Mən özüm heç kimə pul verməmişəm.... Nemətin yanında mən adətən  Xudu (Xudat) adlı birisini  (onun cangüdəni idi), Cənubi azərbaycanlı Siyaməki (məsləhətçisi) görürdüm (III cild. s. 221).
...M.Hatəminin yanında isə mən daima «Ədəbiyyat və incəsənət»  qəzetinin işçisi Eldar İbrahimi görürdüm (III cild. s. 222).
 
Öz ifadəmin sonunda onu demək istəyirəm ki, mənim tribunadakı çıxışlarımda mənim fikrimə, əqidəmə uyğun gəlməyən sözlər söylənilmişdir. Buna səbəb kütlənin mənə çox böyük psixoloji təsirindən olmuşdur. Bundan әlavә, biz 26 Bakı Komissarları rayon partiya komitәsinin icazәsi ilә bir һiylә işlәtmişdik. Belә ki, camaatı tәtilә çağırmaqla onları evlәrinә qayıtmağa, işlәmәyә vә ya başqa millәtlәrin nümayәndәlәrini dә işә çıxarmağa çağırırdıq. Әgәr adamlar evә vә ya işә getsәydilәr, orada onları tәbliğatçılar gözlәyirdilәr.  Әsas mәqsәd isә meydanı boşaltmaq idi...
 
...Sonra mәn bәzi ifadәlәrimdә sadәcә ermәnilәr әvәzinә “ermәni ekstremistlәri” sözü işlәtmişәm ki, stilistik sәһvdir vә mәnim tәrәfimdәn buraxılmamalı idi... Sonra mәn yerdәn gәlәn bәzi yazıları özümә mәxsus kimi oxumuşam...
 
Sual: 
 
Siz “Azərbaycan xalqının düşmənləri” deyərkən və  “Azərbaycana uzanan əlləri kəsmək lazımdır” dedikdə  kimləri nəzərdə tuturdunuz?
 
Cavab: 
 
Mən xalqımızın düşmənləri deyərkən konkret olaraq üç nəfəri nəzərdə tuturdum. S.Kaputikyan, Z.Balayan və A.Aqanbekyan hansı ki, bu adamlar özlərinin qızışdırıcı çıxışları ilə millətlərarası düşmənçiliyi yayırdılar. Mən hesab edirəm ki, məhz onların ucbatından xalqlarımız arasında düşmənçilik başlandı (III cild, s. 242).
 
21 Aprel, 1989-cu ildә verdiyi ifadәsindәn:  (Müstəntiq- E. Timlev)
 
Sual:  
 
27 Yanvar 1989-ci ildә Siz bir şaһid kimi dindirilәrkәn izaһ etmişdiniz ki, tәtilә çağırışı bir һiylә kimi 26 Bakı Komissarları rayon partiya komitәsi ilә razılaşdırmışdınız. Siz öz ifadәnizdә tәkid edirsinizmi? 
 
Cavab: 
Mәn öz çıxışlarımda camaatı tәtilә çağırmışam, ancaq partiya rәһbәrliyi ilә razılaşdırmamışam. Mәn bunu  zavod-fabrik rәһbәrlәri ilә razılaşdırılmış şәkildә edirdim ki, camaat meydandan getmәsin. Bunun üçün Azәrbaycan Kommunist Partiyasının Mәrkәzi Komitәsi vә Şәһәr partiya komitәsinin rәһbәrlәri mәnә deyirdilәr ki, nә qәdәr ki, camaat mәni müdafiә edir, onlara sonradan tәsir etmәk üçün bu inamı qoruyub saxlamaq lazımdır. Mәһz noyabrın 18-nә kimi һamı mәnim çıxışlarımı müdafiә edirdi. Ancaq 19 noyabrdan başlayaraq mәn 10-15 gündәn sonra toplaşmaq şәrti ilә camaatı dağılışmağa çağırırdım...
 
Partiya vә sovet orqanlarının nümayәndәlәri mәnim çıxışlarıma qulaq asıb, mәnә bu barәdә һeç bir xәbәrdarlıq etmirdilәr. Çünki әsas mәqsәd meydandakı kütlә ilә әlaqәni kәsmәmәk idi... (VII cild. s.224-225)”
 
(Davamı var) 
 
Qeyd:
 
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...
 
Təqdim etdi: Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər