Kəlbəcərdəki Zod qızıl mədəninin sərhəd hissəsində Ermənistanla demarkasiya işləri başlandı?..-
Ekskluziv
336
08:28, Bu gün

Kəlbəcərdəki Zod qızıl mədəninin sərhəd hissəsində Ermənistanla demarkasiya işləri başlandı?..-"Johovurd"

Bir neçə gün öncə Azərbaycan və Ermənistan tərəfləri bir hissəsi Kəlbəcər rayonu ilə həmsərhəd Geğarkunik(Basarkeçər) vilayətinə daxil olan Zod-Söyüdlü("Sotk") qızıl mədənində demarkasiya işləri aparıb. 
 
Moderator.az xəbər verir ki, tert.am nəşrinin səhər saatlarında yazdığına görə, bu barədə  "Johovurd" qəzeti məlumat yayıb.
 
Erməni qəzeti belə yazır:
 
"Baş verən prosesləri öyrənmək üçün Ermənistan respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi ilə əlaqə saxladıq.
 
-Geqarkunik vilayətinin Vardenis icmasındakı Sotk mədənində demarkasiya işlərinə başlandığı barədə məlumatımız var. Orada vəziyyət necədir, hazırda demarkasiya işləri aparılırmı?
 
- Sotk mədəninin sərhəd hissəsində Ermənistan və Azərbaycan Respublikasının nümayəndələri tərəfindən birgə sahə tədqiqat işləri aparılmışdır.
 
-Bizdə olan məlumata görə, Azərbaycan və Ermənistan əsgərləri artıq bir neçə gündür ki, xəritə ilə minalanmış ərazidədirlər. Bu məlumat doğrudur, ya yox? Əgər belədirsə, onda bu demarkasiya hansı xəritələr və sənədlərlə aparılır?
 
- Xeyr, bu məlumat doğru deyil.
 
-Sərhəd demarkasiyasını həyata keçirmək üçün referendum lazımdır. Əgər referendum keçirilməyibsə, bu cür tədbirlər necə həyata keçirilir?
 
-Sərhəd demarkasiyası ilə bağlı işlər Ermənistan Respublikasının qanunvericiliyi və Milli Assambleya tərəfindən təsdiq edilmiş “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət sərhədinin demarkasiyası və Sərhəd Təhlükəsizliyi Məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnamə ilə tənzimlənir..."
 
Azərbaycan tərəfi bu haqda hələlik rəsmi məlumat yaymayıb.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər