Ekskluziv
1340
11 Dec 2025 | 22:19

"İranda dərinləşən böhran: ərzaq yoxa çıxır, qiymətlər nəzarətdən çıxır" - İsrail mətbuatı

"İran ailələrinin ərzaq səbəti sürətlə boşalır..."

İranda iqtisadi xaos sürətlə artır və əhali ən elementar ərzaqlara belə qənaət etməyə məcburdur. 

Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.

Süd məhsulları ailə büdcəsindən silinir

Süd və süd məhsulları - uzun illər ən adi və əlçatan məhsullar bu gün artıq "lüks" sayılır. Son həftələrdə qiymətlər rekord sürətlə yüksəlib: bir qab yoqurt 25-45 min tüməndən 35-55 min tümənə qalxıb, bəzi bölgələrdə 1 litr süd bir gecədə 20 mindən 40 min tümənə qədər bahalaşıb. Yağsız südün qiyməti 48 mindən 75 min tümənə yüksəlib. (Qeyd: 1000 tümən təxminən 0, 8 sentdir - red.).

İran reallığında bu rəqəmlər ağır dərddir: ölkədə orta aylıq maaş cəmi 100-150 dollar civarındadır və üçrəqəmli inflyasiya ilə sürətli devalvasiya insanların cibində nə var, alıb aparır. "20 tümənlik yoqurt bizə 200-300 tümənlik məhsul kimi gəlir", - deyə sakinlər bildirir. Bu səbəbdən milyonlarla ailənin istehlak səbətindən süd məhsulları faktiki olaraq silinir.

Boş soyuducular və "üç həftədə bir yoqurt"

Ailələr qənaət üçün son həddə çatıb. Valideynlər bildirir ki, uşaqlar artıq süd içmir, evlərin soyuducuları günbəgün boşalır. "Yoqurtu üç həftədə bir alırıq, son gün qabın divarlarına yapışan qalıqları çörəklə sıyırırıq ki, heç nə zay olmasın", - bir sakin danışır.

Bahalaşma yalnız süd məhsulları ilə məhdudlaşmır: düyü, paxlalılar, toyuq, balıq, dərmanlar, hətta məişət kimyası da ard-arda bahalaşır. İnsanlar deyir ki, supermarketə girmək belə çətinləşib. Etiketdə "endirim" yazılan məhsullar kassada bir anda baha qiymətə keçir və satıcılar bunun "iki dəqiqə əvvəl dəyişmiş qiymət" olduğunu bildirir.

Dövlət nəzarətinin çökməsi və yaxınlaşan humanitar risk

Qiymət artımı fonunda İran cəmiyyətində narazılıq və qorxu artır. Sakinlər korrupsiyadan, qiymət nəzarətinin dağılmasından və gündəlik bahaçılıqdan şikayətlənir. "Bazara hər gəlişim dünəndən daha bahadır", - bir Tehran sakini yazır. Bir ailə bir toyuğu 417 min tümənə almaq məcburiyyətində qalıb, bu isə çoxları üçün əlçatmaz bir lüksdür.

Ekspertlər xəbərdarlıq edir ki, davam edən qiymət artımı İranı ciddi humanitar böhranla üz-üzə qoya bilər. Əsas risk isə ən həssas təbəqələrə - uşaqlara və aztəminatlı ailələrə yönəlib. Ərzaq çatışmazlığı, yoxluq və yüksələn qiymətlər fonunda bir çox iranlı artıq yaşayış üçün deyil, sadəcə sağ qalmaq üçün mübarizə aparır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər