“Distant işin tətbiqi paytaxtın tıxac probleminin həllinə qismən də olsa təsir göstərə bilər”
Ekskluziv
601
18:40, Bu gün

“Distant işin tətbiqi paytaxtın tıxac probleminin həllinə qismən də olsa təsir göstərə bilər”

Yaxın gələcəkdə Azərbaycanda distant işin rəsmiləşdirilməsi gözlənilir.

Maraqlıdır, distant iş rejiminin tətbiqi paytaxtın tıxac probleminin həllinə az və ya çox təsir göstərə bilərmi?

Moderator.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Təbii ki, distant iş rejiminin tətbiqi mühüm hadisədir. Doğrudur, bu gün də bəzi iş yerlərində distant iş rejimi mövcuddur və bəzi əməkdaşlar üçün bu cür şərait yaradılıb. Lakin əgər söhbət distant işin daha geniş miqyasda tətbiqindən gedirsə, o zaman bu yeniliyin tıxac probleminə də təsir göstərməsi mümkündür.

Şübhəsiz ki, distant iş rejiminin tətbiqi paytaxtın tıxac probleminin həllinə hissediləcək qədər təsir göstərə bilər. Bu, hər şeydən öncə distan iş  rejiminin hansı sahə və hansı miqyasda, hansı dərinlikdə tətbiq edilməsindən asılıdır. Əgər bu iş rejimi geniş miqyasda tətbiq ediləcəksə, o zaman biz tıxac problemi ilə bağlı vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına şahid ola bilərik”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər