Sabir Rüstəmxanlı Nemət Pənahlı ilə harada və necə tanış olub?..- ARXİV MATERİALLARI
Ekskluziv
164
10:10, Bu gün

Sabir Rüstəmxanlı Nemət Pənahlı ilə harada və necə tanış olub?..- ARXİV MATERİALLARI

“N.Pənahovun bu cür çıxış və sözlərinin mən qəti şəkildə əleyhinə idim. İyirmi ildən artıq ideoloji işdə çalışan bir adam kimi bu cür çıxışlara heç vaxt yol verməmişəm...”
 
“Mən özümü liderlər sırasına aid etmirəm. Hesab edirəm ki, əgər mən də lider olsaydım, komendant saatından qabaq camaatı oradan dağıdardım...”
 
...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
 
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
 
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artir Razizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
 
Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 290-291-ci səhifələrində sonradam müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  
 
(Əvvəli burada: )
 
Rüstəmxanlı Sabir Xudu oğlu(26-27 yanvar, 21 aprel 1989-cu il. Müstəntiq- O. S. İlin):
 
“...1988-ci ilin noyabrın əvvəlində Naxçıvan Pedaqoji İnstitutunun kollektivi məni görüşə dəvət etmişdi. Mən də razılıq verib getmişdim. Burada mən təsadüfən məzuniyyətdə olan Nemət Pənahovu gördüm. O, məni evlərinə dəvət etdi, valideynləri ilə tanış etdi. Onlar çox kasıb yaşayırdılar. Bizim sonradan Bakıda baş verəcək hadisələr barədə heç bir xəbərimiz yox idi. Biz həmçinin Topxanadakı işlər barədə də heç nə bilmirdik…
 
...Meydanda mübahisəsiz liderlik edənlər Nemət Pənahov və Məhəmməd Hatəmi idilər. Onların öz adamları var idi ki, daima bir-birlərinə qarşı mübarizə aparırdılar... Mən özümü liderlər sırasına aid etmirəm. Hesab edirəm ki, əgər mən də lider olsaydım, komendant saatından qabaq camaatı oradan dağıdardım...
...M.Hatəmi ilə mən on ilə yaxındır ki, tanışam. Ancaq az-az görüşmüşük... 
 
...Xatırlayıram ki, Nemət Pənahovun mitinqlərin birinci yarısındakı çıxışları loyal xarakter daşıyırdı. İkinci hissədən başlayaraq o daha aqressiv oldu. O, ultimativ şəkildə «əgər mitinqlərin tələbi yerinə yetirilməsə, respublikamızın SSRİ-nin tərkibindən çıxacağını» elan etdi. Sonra bütün zavod və fabrikləri tətilə çağırıb bu təkidi bir neçə gün davam etdirdi (III cild, s. 194 -199).
 
20 yanvar 1989-cu il şahid ifadəsindən: 
 
...O, (N.Pənahov – Ə.Ə.) tribunadan vəzifədə olan ermənilərin siyahısını oxuyub, onların işdən çıxarılmasını tələb edirdi. O, həmçinin Qarabağa uzanan “xain erməni əllərini kəsməyi” deyirdi. O, Moskvanı şovinizmdə günahlandırır və respublikada “komendant saatını ləğv etməyi” “rus imperiyasından” tələb edirdi.
 
N.Pənahovun bu cür çıxış və sözlərinin mən qəti şəkildə əleyhinə idim. İyirmi ildən artıq ideoloji işdə çalışan bir adam kimi bu cür çıxışlara heç vaxt yol verməmişəm (III cild. s. 200).
 
(Davamı var) 
 
Qeyd:
 
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə hazırıq.
 
Təqdim etdi: Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər