“Televiziya bərbad gündədir, aparıcılar ləhcə ilə danışır” - Dilçilik İnstitunun direktorundan ETİRAZ+ÖZƏL
Ekskluziv
341
09:34, Bu gün

“Televiziya bərbad gündədir, aparıcılar ləhcə ilə danışır” - Dilçilik İnstitunun direktorundan ETİRAZ+ÖZƏL

“Bizim ən böyük problemimiz üslublarla bağlıdır. Rəsmi üslubumuz bərbad gündədir. Ərizə yazanda yazırıq ki, “yazıb sizə bildirirəm ki..”..Bu biyabırçılıqdır, yaxın günlərdə onlarla məşğul olacağıq. Elmi üslub da həmçinin.. Bizim dilimizi korlayan publisistik üslubdur. Bütün bəlalar ordan gəlir. Şifahi nitqdə “ok” sözləri istifadə olunur. Televiziya lap bərbad gündədir. Diktorlar, aparıcılar dialektlə orfoepiyanı səhv salır. Biz heç bir halda orfoqrafiyanı şifahi ədəbi dilin normasına birləşdirə bilmərik. Bunlar ayrı-ayrı şeylərdir. Olmaz belə! Danışıq norması var. Hərə bir yerdən köçüb gəlib, onlar da öz nitqlərini bura gətiriblər. Orfoepiya başqadır, bu elmdir”.
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.
 
O daha sonra əlavə edib:
“Biz uşaqlarımızız göndəririk ki, gedin ingliscə, rusca oxuyun və qabağa gedin. İstəyirik ki, millətimiz savadlı olsun, amma əksinə olur. Bizim əleyhimizə çevrilir bu işlər. Sən aparıcı, niyə “ok” deyib bizim dilimizi korlamalısan? Sən yanmasan, mən yanmasam bizi qaranlıqdan işıqlığa kim çıxaracaq? Hamımız deyirik, etmirik və bu da bir bəlaya çevrilir. Milli şüur inkişaf etməlidir. Bizim əvvəlki rusbaşlarımız indi inglisbaş olub, bizə daha böyük ziyan vururlar. İndi də “vau” sözündən istifadə edirlər. Nə deməkdir bu? Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı cənab prezident çıxış etdi. O dedi ki, bu sözlərin dilimizə axın etməsi təxribatdır. Belə olmaz! Bu dilə bilirsiniz nə qədər ziyan vuracaq? Olmazın ziyanları olacaq. Biz hələ susuruq, amma qabağını almaq lazımdır. O gənclərin qabağını almalıyıq. Bizim nəzarət mexanizmimiz yoxdur. Milli şüur o qədər inkişaf etməlidir ki, bu ki, sözlərdən əl çəksinlər. Heç bir gürcü yaxud başqa millət bunu etməz”, - deyə o bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər