Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...
Ekskluziv
433
09:19, Bu gün

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

Ermənistanın baş naziri Nikol Paşinyan təklif edir ki, Azərbaycanla birgə yol xəritəsi hazırlansın və paralel olaraq ermənilərin Qarabağa,  azərbaycanlıların isə Qərbi Azərbaycana qaytarılması məsələləri bağlansın. 
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, Paşinyan bunu Almaniyada jurnalistlərlə söhbətində Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan-Avropa İttifaqı strateji tərəfdaşlıq gündəliyi sənədi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. O həmin sənəddə rəsmi Bakının “Azərbaycanın hərbi əməliyyatlarından sonra qaçqın vəziyyətinə düşmüş Qarabağ erməniləri” ifadəsini işlətməsindən narazı olduğunu bildirib. 
 
Paşinyan xatırladıb ki, o, artıq ermənilərin Qarabağa qayıtması mövzusunun təhlükəli olduğunu öncə də deyib.
 
"Mən indi Azərbaycana açıq və ictimai bir təklif vermək istəyirəm. Çünki onların bu mövzularda nə qədər problemləri var, bizim də o qədər problemlərimiz var. Təklif edirəm ki, bu iki mövzunu paralel bağlamaq üçün birgə yol xəritəsi qəbul edək. Mən də qarabağlılarımıza demişəm ki, onların qayıdışı real deyil. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu o deməkdir ki, Qarabağ hərəkatını yenidən başlayırıq, amma mən Qarabağ hərəkatını yenidən davam etdirməyin tərəfdarı deyiləm. Qarabağ hərəkatı bitdi, onu başlamaq cəhdləri də faydasızdır, amma digər tərəfdən Ermənistanda görürlər ki, Azərbaycan daim “Qərbi Azərbaycan” kimi anlaşılmaz terminologiyadan istifadə edir. İndi başa düşməliyik ki, hansı səbəb hansı nəticədir...
İndi mən birbaşa təklif edirəm: gəlin oturaq və bu mövzunu necə bitirə biləcəyimizə dair yol xəritəsi hazırlayaq, çünki bu mövzunun bitirilməsi uzunmüddətli strateji mənada istənilən münaqişə vəziyyətini tamamilə aradan qaldırmaq deməkdir", - deyə erməni baş nazir diqqətə çatdırıb. 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər