Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün(10.12.2025-S.L.) düşmən ən azı 10 kvadrosikl və motosiklet və təxminən 40 piyada ilə Qrişino kəndinə keçməyə cəhd edib.
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
"DeepState" analitiklərinin sözlərinə görə, hücum zamanı zirehli texnikanın istifadəsi ilə bağlı təfərrüatlar dəqiqləşdirilir.
"Şəhərə yaxınlaşanda rus bölmələri gözlənilməz müqavimətlə qarşılaşdılar. Çaşqın piyadalar effektiv hücum təşkil edə bilmədilər və Ukrayna müdafiəçilərinə mövqelərini saxlamağa imkan verdilər", - deyə hesabatda bildirilir.
Videoda pratlayışlardan yaranmış böyük çüxurlarla dolu yolda dağılmış və yanmış vəziyyətdə olan motosikletlər və digər nəqliyyat vasitələri görünür.
Bu arada Ukrayna hərbi rəsmiləri qeyd edirlər ki, düşmən Pokrovskın mərkəzi hissəsində, dəmir yolunun altında möhkəm şəkildə yerləşib və bu hissədən hərəkət, qüvvələrin toplanması və hücum əməliyyatları üçün platforma kimi istifadə edir.
Xatırladılır ki, "Fokus" bundan əvvəl də Ukrayna qoşunlarının Donetsk vilayətinin Pokrovsk şəhərində düşmənin mexanikləşdirilmiş hücumunu dəf etdiyini bildirmişdi. İşğalçılar motosikletlər, avtomobillər və zirehli texnikalardan istifadə edərək şəhərin şimal hissəsinə keçməyə çalışırlar.
Bu arada partizanlar Xerson vilayətindəki Rusiya Silahlı Qüvvələri əsgərlərinin kütləvi şəkildə xəstələnməyə və döyüşdən yayınmaq üçün xəstəxanaya yerləşdirilməyə başladığını bildirirlər. İşğalçı hərbçilərin Pokrovsk sektoruna mümkün köçürülmə ilə bağlı şayiələr fonunda bu cür xəstəxanaya yerləşdirmələr kəskin şəkildə artıb.
S.Laçın