Mərkəzi Komitə katibinin xahişilə Meydanda çıxış edən Azərbaycan yazıçısı “KQB” müstəntiqlərinə necə ifadə verdi?..
Ekskluziv
370
12:12, Bu gün

Mərkəzi Komitə katibinin xahişilə Meydanda çıxış edən Azərbaycan yazıçısı “KQB” müstəntiqlərinə necə ifadə verdi?..

“Mən Topxanada gedən tikinti üçün camaatı sakitləşdirməli idim. Birbaşa camaata dağılışın deyə bilməzdim...”
 
...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
 
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
(Əvvəli burada:)
 
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artir Razizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
 Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 290-305-ci səhifələrində sonradam müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları yazır: 
 
“Əsasən milli hüquq bərabərliyinin pozulması faktlarının araşdırılması ilə (daha doğrusu ermənilərin hüquqlarının pozulması ilə – Ə.Ə.) maraqlanan istintaq qrupu dindirilənlərə “Mitinqin liderləri –  Nemət Pənahov, Əbülfəz Əliyev, Məhəmməd Hatəmi və s. haqqında nə deyə bilərsiniz?”,  “Onların çıxışlarında millətlərarası münaqişəni qızışdırmaq halları vardırmı?",  “Meydanda yığılan pullar haqqında nə deyə bilərsiniz?” və s. belə suallar verilmişdir.
Hüseyn Abbaszadə (yazıçı, 1991-ci ildən xalq yazıçısı-S.L.):  21 aprel 1989-cu il. 
 
“Mən ayın 18 və 19-da Mərkəzi Komitənin katibi Telman Orucovun xahişi ilə mitinqlərdə olmuşam və çıxış etmişəm. Əsas məqsədim camaatı sakitləşdirmək və oradan dağıtmaq ol-muşdur.
 
Müstəntiqin “Əgər siz camaatı oradan dağıtmaq istəyirdi-nizsə, onda nə üçün əlinizdə olan çıxışınızın stenoqramasında elə ifadələr yoxdur?” sualına H.Abbaszadə “Mən Topxanada gedən tikinti üçün camaatı sakitləşdirməli idim. Birbaşa camaata dağılışın deyə bilməzdim” kimi cavab vermişdir (İstintaq materialları, XII cild, s. 1-4).
 
(Davamı var)
 
Qeyd:
 
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə hazırıq.
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər