Roma Papası Trampı bu məsələdə ittiham etdi...
Ekskluziv
318
07:27, Bu gün

Roma Papası Trampı bu məsələdə ittiham etdi...

Papa transatlantik münasibətlərin vəziyyətindən narahatlığını ifadə edib...
 
Papa XIV Leo ABŞ prezidenti Donald Trampın guya Avropanın tənəzzülə uğradığı və zəif liderlərə sahib olması barədə son açıqlamalarına münasibət bildirib. Papa hesab edir ki, bu ritorika potensial olaraq dağıdıcı nəticələrə səbəb ola bilər.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
 
"Düşünürəm ki, təəssüf ki, gördüyüm bəzi aspektlər illərdir Avropa və ABŞ arasında əsl ittifaq olan şeydə böyük dəyişikliyə səbəb olub", - deyə Papa qeyd edib.
 
Jurnalistin Ukrayna üçün Amerika "sülh planını" ədalətli hesab edib-etmədiyi barədə sualına cavabında Katolik Kilsəsinin başçısı birbaşa qiymətləndirmə verməkdən çəkinib.

"Mən bu barədə şərh verməməyi üstün tuturam", - deyə XIV Leo cavab verib.

O, vurğulayıb ki, bu, ABŞ prezidenti və onun müşavirləri tərəfindən hazırlanmış bir proqramdır və Trampın bu cür təkliflər irəli sürmək hüququ var.

"Düşünürəm ki, orada ABŞ-da bir çoxlarının razılaşacağı, lakin bir çoxlarının da başqa cür görəcəyi məqamlar var", - deyə Papa əlavə edib.

S.Laçın

Link kopyalandı!
Son xəbərlər