Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna ərazisi və suverenliyi satılmır, Ukraynanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi Andrey Melnik Kremlin "müharibəyə son qoymaq" "arzu siyahısı"na cavab olaraq bildirib.
Moderator.az bu haqda "UNIAN"-a istinadla məlumat yayıb.
"Ərazimiz və suverenliyimiz satılmır. Biz Milad bazarında deyilik. Biz məşhur Çerkizov bazarında deyilik", - deyə Melnik bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya Ukraynanın silahlarını yerə qoyub təslim olmasını çox istəyir, lakin Melnikin fikrincə, bu, heç vaxt baş verməyəcək.
"Rusiya Ukraynanın təslim olmasını istəyir, Rusiya bizim silahlarımızı yerə qoymağımızı istəyir və mənim cavabım budur: "Siz qulağınızın dalını görəcəksiniz, Ukraynanı yox", - deyə Melnik Rusiya daimi nümayəndəsi Nebenzaya sərt cavab verib.
S.Laçın