Nemət Pənahlının çıxışından sonra Xalq Cəbhəsi yaratmaq istəyən kimlər meydandan döyülüb qovuldu?..
Ekskluziv
950
16:36, Bu gün

Nemət Pənahlının çıxışından sonra Xalq Cəbhəsi yaratmaq istəyən kimlər meydandan döyülüb qovuldu?..

Bəs AXC-nin SSRİ DTK, başqa sözlə “KQB” tərəfindən yaradıldığını, bunun “KQB” oyunu olduğunu deyən Nemət Pənahlı özü niyə Meydan Hərəkatından bir il keçməmiş- 1989-cu il iyulun 16-da yaradılan AXC-nin ilk idarə heyətinin üzvlərindən biri oldu?..
 
37 il öncənin noyabr-dekabr günlərindən başlayaraq o vaxtkı Meydan Hərəkatının aparıcılarından biri kimi tanınan Nemət Pənahlı mediaya son açıqlamalarından birində bir daha bildirib ki, Xalq Cəbhəsi sovet dövrünün son illərində yenidənqurmaya yardım məqsədilə yaradılmış ictimai təşkilatdır.  “Xalq Cəbhəsini ilk yaradan adamlardanam. İdarə heyətində iştirak etmişəm. Xalq Cəbhəsinin ilk nizamnamə və proqramı mənim əlimdədir. Orada aydın şəkildə yazılıb ki, yenidənqurmaya yardım məqsədilə yaradılmış ictimai təşkilatdır. Orada heç bir yerdə milli azadlıq ifadəsi qeyd olunmayıb... Həmin dövrdə milli azadlıq hərəkatını pozmaq üçün Pribaltikadan gəlindi ki, xalq cəbhəsi yaradılır. 1988-ci il Meydan Hərəkatı vaxtı bunu ifşa etdim. Çıxışım var. Mən orada qeyd etmişəm ki, Xalq Cəbhəsi “KQB”-nin oyunudur, bu oyuna getmək olmaz. O adamları da xalq meydandan demək olar ki, kütləvi şəkildə döydü, qovdu. Xalq Cəbhəsini yaradan deyəndə çoxları Elçibəyi düşünür. Amma bilirsiniz əslində bu ideyanı ölkəyə gətirən kimlərdir? Zərdüşt Əlizadə, Leyla Yunus, Araz Əlizadə, Əlikram Hümbətov və s. Mən bunları ifşa etmişəm. Biz o zaman dəqiq bilirdik ki, Xalq Cəbhəsini yaratmaqda məqsəd milli azadlıq hərəkatını boğmaqdır. Bunun üçün də biz cəmiyyəti aydınlatdıq. Onlar da meydandan qovuldu. Bu hadisənin də sonu olaraq həbs olundum", - Nemət Pənahlı belə deyib.
 
Moderator.az əməkdaşının “1988-ci ilin meydan hərəkatı zamanı Xalq Cəbhəsi yaratmaq istədiklərinə görə meydandan döyülüb qovulan şəxslər konkret olaraq kimlər idi” sualına Nemət Pənahlı belə cavab verib: 
“Onlar Xalq Cəbhəsi ideyasını təbliğ edənlər Zərdüşt Əlizadə, Aarz Əlizadə, Leyla Yunus, Əlıikram Hümbətov və başqalarıydı…”
Bəs AXC-nin SSRİ DTK, başqa sözlə “KQB” tərəfindən yaradıldığını, bunun “KQB” oyunu olduğunu deyən Nemət Pənahlı özü niyə Meydan Hərəkatından bir il keçməmiş- 1989-cu il iyulun 16-da yaradılan AXC-nin ilk idarə heyətinin üzvlərindən biri oldu?
Bu haqda növbəti yazımızda… 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər