Bu ölkədə uşaqlıqda yox, qaraciyərdə inkişaf etmiş sağlam körpə doğuldu...-FOTO
Ekskluziv
538
09:19, Bu gün

Bu ölkədə uşaqlıqda yox, qaraciyərdə inkişaf etmiş sağlam körpə doğuldu...-FOTO

Peruda 19 yaşlı bir qadın hamiləliyin uşaqlıqda deyil, qaraciyərdə inkişaf etməsinə baxmayaraq sağlam bir körpə dünyaya gətirib.
 
Moderator.az "Fokus"-a istinadla xəbər verir ki, "Need To Know" nəşrinin yazdığına görə, bu, unikal bir haldır, çünki dünyada əvvəllər yalnız üç körpə bu şəkildə dünyaya gəlib.
San Martin de Porres şəhərindəki "Kayetano Heredia" Milli xəstəxanasının mütəxəssisləri bu hadisəni "həyatın ikiqat möcüzəsi" adlandırıblar. Perunun səhiyyə naziri Luis Quiroz Avilesin sözlərinə görə, əməliyyat olduqca mürəkkəb olub, lakin həkimlər həm ananı, həm də yeni doğulmuş uşağı xilas edə biliblər.
 
3,6 kq (8,7 funt) çəkidə olan qız uşağı "Karlos Lanfranco La Osa" xəstəxanasında qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.
 
Bu, Peruda ilk uğurlu haldır və qaraciyərə implantasiya edilmiş embrionun ardından  körpə və ananın sağ qalmasının dünyada yalnız dördüncü halıdır.
 
Ektopik(uşaqlıqdan kənar) hamiləliklərin əksəriyyəti - təxminən 96% - fallop borularında baş verir. Yalnız 4% qarın boşluğunda inkişaf edir, lakin qaraciyərə implantasiya demək olar ki, unikaldır. Bu halda, döl qaraciyər arteriyaları vasitəsilə qida maddələri alır və bu da onun vaxtında inkişaf etməsinə imkan verir.
 
Bu halda unikal olan odur ki, körpə 40 həftəyə qədər  daşınıb, əvvəlki üç oxşar halda isə doğuş artıq 36-cı həftədə baş vermi.di.
 
Körpənin doğulmasından sonra həkimlər kütləvi qanaxma səbəbindən plasentanı dərhal çıxara bilməyiblər. Buna görə də xəstə "Kayetano Heredia" Milli xəstəxanasına köçürülüb və orada intervensional radiologiyadan istifadə etməklə plasentanı təmin edən arteriyaların emboliyasını həyata keçirərək onun vəziyyətini sabitləşdiriblər.
Link kopyalandı!
Son xəbərlər