Trampın yaxını olan vəkil Aİ-ni Paşinyan hökumətini maliyyələşdirməməyə çağırdı...
Ekskluziv
309
07:44, Bu gün

Trampın yaxını olan vəkil Aİ-ni Paşinyan hökumətini maliyyələşdirməməyə çağırdı...

"Legitimliyi olmayan hökuməti maliyyələşdirməyin".
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, avqustun 11-dən İrəvana gələrək sovet dövründən bəri Rusiya xüsusi xidmət orqanlarına("KQB"-"FSB") bağlı olan erməni kilsəsinin və Putinin Ermənistana yolladığı milyarder "desant"ı, hazırda həbsdə olan Samvel Karapetyanın hüquqlarını müdafiə edən məşhur beynəlxalq vəkil, ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvü, prezident D.Trampın yaxın adamı Robert Amsterdam Avropa İttifaqına müraciətində  belə deyib.
 
“Paşinyan hökumətinin xristian siyasi məhbus Samvel Karapetyanın qanunsuz həbsi və erməni apostol kilsəsinə hücumu qanunun aliliyini ciddi şəkildə pozub.
 
Aİ Ermənistan hökumətinə maliyyə dəstəyini dərhal dayandırmalı və Ermənistan hakimiyyətinin qanunsuz hərəkətlərini durdurmaq üçün təcili və mühüm məsləhətləşmələr keçirməlidir. Legitimliyi olmayan hökuməti maliyyələşdirməyin”, - deyə R.Amsterdam çağırış edib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər