Son vaxtlar qeyri-müntəzəm yük daşıması ilə məşğul olan bəzi sürücülər redaksiyamıza müraciət edərək DYP əməkdaşlarının onlardan buraxılış kartı tələb etdiyini, buraxılış kartı olmadığ üçün cərimə edildikləri ilə bağlı şikayətlərini dilə gətiriblər.
Maraqlıdır, yük avtomobilləri yük daşınmaları həyata keçirmək üçün buraxılış kartı əldə etməlidirmi?
Moderator.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov kommersiya məqsədli yük daşımaları üçün buraxılış kartının əldə edilməsinin zəruri olduğunu vurğulayıb:
“Kommersiya məqsədli yük daşımaları üçün buraxılış kartının olması vacibdir. Bu tələb qanunvericilikdə öz əksini tapıb. Onu da qeyd edim ki, buraxılış kartının əldə edilməsi ödənişsizdir. Sadəcə, bunun üçün müvafiq sənədləri yığıb əlaqədar dövlət qurumuna təhvil vermək lazımdır.
Xatırladım ki, xuraxılış kartının olmamasına görə 50 manat məbləğində cərimə yazılır və bu, tamamilə qanunidir. Əgər yük daşımaları ilə məşğul olan sürücülər cərimə olunmaq istəmirlərsə, o zaman buraxılış kartı əldə etməlidirlər”.
Seymur ƏLİYEV