“Avropa və Amerika  II Qareginə qalib gəlməsi üçün Paşinyana ciddi dəstək verəcək...”
Ekskluziv
242
13:32, Bu gün

“Avropa və Amerika  II Qareginə qalib gəlməsi üçün Paşinyana ciddi dəstək verəcək...”

“Amma maraqlıdır ki, avqust ayından Ermənistana təşrif buyurmuş tanınmış beynəlxalq vəkil, ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvü, prezident Donald Trampın yaxınlarından olan Robert Amsterdam Moskvanın ciddi dəstək verdiyi erməni kilsəsinin, yəni katolikos II Qareginin və Putinin milyarder “desantı”- həbsdə olan Samvel Karapetyanın hüquqlarını müdafiə edir...”
 
“Hələ illər öncə Türkiyədəki bir beynəlxalq konfransda erməni kilsəsinin demokratik dövlətlər üçün belə, problem yarada biləcəyini demişdim. Məsələn, Türkiyə hüquqi bir dövlətdir, amma kilsə sistemi özü sərbəst bir mexanizmə sahibdir. Bu mənada bəzən kilsə qurumları hüquqi dövlətlərin özünün dövlətçilik ənənələrinə zərbə vurur. Hələ o zaman mən buna üzərində durulmalı olduğu bir məsələ kimi yanaşmaq lazım gəldiyini söyləmişdim”.   
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın erməni kilsəsinin hazırkı rəhbəri katolikos II Qareginə qarşı mübarizəsinin ehtimal edilən nəticələrindən danışan siyasi şərhçi, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov ifadə edib.  
 
“Bu baxımdan Ermənistanda da kilsənin gücünü kiçiltmək olmaz. Lakin hesab edirəm ki, gedişat Paşinyanın Sovet dönəmindən bəri Rusiya xüsusi xidmət orqanlarına bağlı olan II Qareginlə mübarizədə gec-tez qalib gələcəyini göstərir. Və onun qalib gəlməsi üçün Qərb, Avropa və Amerika da ciddi dəstək verəcəklər”, - deyə davamında siyasi şərhçi diqqətə çatdırıb.  
 
Amma maraqlıdır ki, avqust ayından Ermənistana təşrif buyurmuş tanınmış beynəlxalq vəkil, ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvü, prezident Donald Trampın yaxınlarından olan Robert Amsterdam Moskvanın ciddi dəstək verdiyi erməni kilsəsinin, yəni katolikos II Qareginin və Putinin milyarder “desantı”- həbsdə olan Samvel Karapetyanın hüquqlarını müdafiə edir. Buna necə baxırsız?” sualını isə həmsöhbətimiz bu cür cavablandırıb:
 
“Belə düşünürəm ki, Qərb, o cümlədən ABŞ rəhbərliyi Amsterdamın bu fəaliyyətini durduracaq. Çünki Tramp növbəti ildə Nobel Sülh mükafatını almağı hədəfləyib. Ermənistanda revanşist və rusiyapərəst qüvvələrin üstünlük qazanması və gələn ilin iyununda gözlənilən parlament seçkilərində qələbə çalması isə 8 avqustda Vaşinqtonda ABŞ liderinin vasitəçiliyi ilə paraflanmış sülh sazişinin imzalanmasını təhlükə altına alır...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər