Bizi sosial şəbəkələrdən izləyin:
Artan risklər səbəbindən Polşa hökuməti hər bir vətəndaşı xarici yardım olmadan ən azı üç gün yaşamağa hazır olmağa çağırıb.
Moderator.az xəbər verir ki, "TCN"-ə istinadla xəbər verir ki, "Ukrinform" nəşrinin yaydığı məlumata görə, bu barədə Polşa daxili işlər nazirinin müavini yeni mülki təhlükəsizlik standartlarının tətbiqi qərarını şərh edərkən danışıb.
Onun sözlərinə görə, Ukraynanın müharibə dövründəki təcrübəsi bütün Avropa üçün dəyərlidir və Polşa artıq bir sıra tədbirləri buna əsaslanaraq uyğunlaşdırmağa başlayıb. Xüsusilə, Polşa nümayəndə heyətinin Lvova səfərindən sonra hökumət dronlardan və sentyabr ayında baş verən hücumlardan qorunmaq üçün yanaşmalarını nəzərdən keçirib.
Polşa Daxili İşlər Nazirliyi vətəndaşlara aşağıdakıları ehtiyatda saxlamağı tövsiyə edir:
-dərman vasitələri, kifayət qədər qida və su;
-alternativ işıqlandırma və enerji ehtiyatları (məsələn, enerji (power) bankı);
-ən yaxın bomba sığınacağı və təhlükəsiz təcili rabitə haqqında məlumat.
Polşa həmçinin elektrik kəsintilərindən tutmuş hava hücumu sirenlərinə qədər böhranlar üçün praktik məsləhətlər olan xüsusi bir təlimat hazırlayır. Bunun 2025-ci ilin sonuna qədər bütün ailələr üçün əlçatan olması planlaşdırılır.
Rəsmilər mülki müdafiə sisteminin hökumətin fəaliyyətindən tutmuş hər bir vətəndaşın məsuliyyətinə qədər çoxqatlı olmalı olduğunu vurğulayırlar. Polyaklar böhranın ilk 72 saatı ərzində müstəqil hərəkət etməyə hazır olmalıdırlar.
S.Laçın