Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna ordusunun 67-ci əlahiddə mexanikləşdirilmiş briqadasının döyüşçüləri Rusiya işğalçılarını Dnepropetrovsk vilayətinin Sinelniki rayonunun Tixoye kəndindən qovublar.
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, kəndin azad edilməsi barədə 67-ci əlahiddə mexanikləşdirilmiş briqadanın mətbuat xidməti məlumat yayıb.
Videoya şərhdə deyilir:
"Əlaqəli və dəqiq hərəkətlər, düzgün planlaşdırma və cəsarətli reallaşdırma yolu ilə 67-ci əlahiddə mexanikləşdirilmiş briqadanın əsgərləri düşməni Tixoyedən qovub və kəndi işğalçılardan təmizləyiblər".
Briqada qeyd edib ki, 21 noyabrda rus işğalçıları öz təbliğat resurslarında əsgərlərinin Aleksandrovski istiqamətində üçrəngli bayraq dalğalandıraraq Tixoyenin işğalını elan etdiklərini göstərən video yayımlayıblar.
"Rəsmi olaraq bəyan edirik: 6 dekabr 2025-ci il tarixindən etibarən Tixoye kəndi Ukrayna Silahlı Qüvvələrinin 67-ci əlahiddə mexanikləşdirilmiş briqadasının əsgərlərinin nəzarəti altındadır", - Ukrayna müdafiəçiləri qeyd ediblər.
Xatırladılır ki, 30 noyabrda Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətindəki İvanovka kəndini də rus işğalçılarından təmizləyib.