Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bir qrup vətəndaşa məşhur divarı göstərmək və demarkasiyadan sonra orada sülhün bərqərar olduğuna əmin olmaq üçün Kirantsda "tur" keçirdi.
Moderator.az xəbər verir ki, bu haqda news.am məıumat yayıb.
"Artıq bir ildir ki, burada heç bir insident baş verməyib. Üstəlik, demarkasiyadan sonra müəyyən bir vaxtda Ermənistan və Azərbaycan sərhədçiləri səngərlərindən çıxdılar, yəni bir-birlərinə görünməyə başladılar. Sonra, ikinci mərhələdə dəbilqələrini və zirehli geyimlərini çıxardılar, üçüncü mərhələdə isə avtomatik silahlarında sursat olmayacağına razılaşdılar. İndi mən burada dayanmışam və heç bir narahatlığım yoxdur", - deyə Paşinyan bildirib.
Qeyd etmək lazımdır ki, erməni baş naziri çox sayda təhlükəsizlik işçisi müşayiət edib.
Paşinyan həmçinin bildirib ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin bunu ölkəmizin ərazi bütövlüyünü özümüz tanımaq üçün etdik.
"Artıq Azərbaycan ərazisindən dəmir yolu ilə yüklər Ermənistana gəlir və tezliklə Ermənistandan digər mallar da gələcək." "Kirants dinc bir kənddir. Sərhəd demarkasiya edildikdən bəri Kirantsın əhalisi 50% artıb. Kirantsın boşalacağı ilə bağlı proqnozlara baxmayaraq, hazırda 16 milyon AMD proqramı çərçivəsində 54 yeni evin tikilib. Demarkasiyaya qədər kənddə 90 təsərrüfat var idi ", - deyə baş nazir əlavə edib.