Bu ölkədə dünyanın ən böyük PUA şəbəkəsi qurulur: 300 min dronluq sistem!
Ekskluziv
577
20:09, Bu gün

Bu ölkədə dünyanın ən böyük PUA şəbəkəsi qurulur: 300 min dronluq sistem!

ABŞ yaxın gələcəkdə dünyanın ən böyük PUA şəbəkəsinə sahib olacaq.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşrin məlumatına görə, artıq Pentaqon bu istiqamətdə konkret addımlara start verib. Məqsəd 2027-ci ilin sonuna qədər 200 min, növbəti mərhələdə isə 300 minlik dron sisteminə malik olmaqdır.

Nəşrin bildirdiyinə görə, istehsal edilən dronlarla bağlı digər maraqlı bir məqam isə bu dronların kifayət qədər ucuz olmasıdır. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, ucuz dronlar kütləvi hərbi əməliyyatlar zamanı daha effektivdir və onlara qarşı bahalı Hava Hücumundan Müdafiə sistemləri ilə mübarizə aparmaq maliyyə baxımından səmərəsizdir. Məhz bu səbəbdən də ABŞ ucuz, fəqət döyüş qabiliyyətli dronların istehsalını daha məqsədəuyğun hesab edir.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər