Paşinyan bu axşam katolikos II Qaregini İrəvanın hava limanında həbs etdirə bilər...
Ekskluziv
754
12:12, Bu gün

Paşinyan bu axşam katolikos II Qaregini İrəvanın hava limanında həbs etdirə bilər...

Erməni mediası katolikos II Qaregin ətrafında cərəyan edən hadisələri, xüsusən də onun saxlanılması ehtimalını geniş şəkildə işıqlandırır və bu məsələnin hökumət tərəfindən idarə olunan siyasi bir əməliyyat olduğunu iddia edir. 
 
Ermənistanın "Joghovurd" qəzeti iddia edir ki, Baş nazir Nikol Paşinyanın hakimiyyəti, katolikosun güzəştə getmək niyyətində olmadığını gördükdən sonra, onun həbs edilməsi planının son mərhələsinə yaxınlaşır. Mənbələr bildirir ki, hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir.
 
Moderator.az xəbər verir ki, news.am portalının yazdığına görə, Erməni Kilsəsinin qorunması üzrə ümumerməni şurasının bu haqdakı bəyanatında deyilir:
 
“Əldə olan məlumata görə, hökumətin gizli dairələrində daha bir çirkin sui-qəsd hazırlanır. Marseldən səfərdən qayıdan Bütün Ermənilərin Katolikosu II Qareginin hava limanında həbs edilməsi və ya təcrid edilməsi cəhdinin ediləcəyindən narahatlıq var.
 
Yalnız bir məqsəd var: ölkə üçün həyati əhəmiyyətli məsələlərin nəyin bahasına olursa olsun müzakirə ediləcəyi 10-12 dekabr tarixlərində keçiriləcək Yepiskoplar Konfransını pozmaq...
 
Bu gün saat 20:00-da Zvartnots hava limanının VIP salonunun qarşısında toplaşacağıq.
 
Bütün layiqli erməniləri, ziyalıları, ictimai xadimləri və... narahat vətəndaşları gəlib onun müqəddəsliyini salamlamağa çağırırıq...”
 
Ermənistanın rəsmi qurumları hələlik bu məlumatlara heç bir reaksiya verməyiblər.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər