“Canan ad günündə Röyanın bu sözünə görə stres yaşadı, ağladı, günahdır” - Aygün Bəylərin bacısından RÖYAYA CAVAB
300
09:25, Bu gün

“Canan ad günündə Röyanın bu sözünə görə stres yaşadı, ağladı, günahdır” - Aygün Bəylərin bacısından RÖYAYA CAVAB

“Əslində Röya xanım da bir anadır, azərbaycanlı qadınıdır, gözəl sənətçidir. Amma onun “Aygün Bəyləri heç vaxt bağışlamayacam” sözü mənə də, qızına da çox pis təsir etdi. Əminəm ki, Aygünsevərlər də üzülüb. Qızının ad günüdür, ağlayır, stres keçirib. Deyir ki, “mən istəmirəm ki, anamın ruhunu narahat etsinlər”. Cananın 16 yaşı tamam olur, amma o doğum günündə ağlayır. İstəməzdik ki, belə bir xoşagəlməz hal yaşansın”.
 
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Aygün Bəylərin bacısı Zümrüd Hümmətova deyib.
O daha sonra əlavə edib:
 
“Röya xanım deyir ki, Aygünü bağışlamıram. Bağışlayan bir tək Allahdır. Biz bu dünyada müvəqqəti olaraq yaşayırıq. Əzrayıl hamının qapısını döyəcək. Hər birimiz ölüm şərbətindən dadacağıq. Heç kim huri mələk olub bu dünyadan getməyəcək. Hər kəs öz günahına, səhvinə görə cavab verəcək. Aygün xanım kaşki sağ olardı. Düzdür, inanmıram o da nəsə cavab verərdi. Hər zaman susmağı seçirdi. Ölünün arxasınca danışmaq günahdır. Aygün xanım haqq dünyasındadır. Röya xanımı hamımız sevirik. Amma xoşagəlməz sözləri ona heç yaraşdırmıram. Bu dünyada insanlara məxsus olan halallıqdır. Əgər Röya xanımın Aygünüz üzərində haqqı varsa və haqqını halal etmirsə əlbəttə ki, bacım o biri dünyada rahat ola bilməz. Məncə Röya xanımın Aygünün üzərində nə haqqı var, nə də əziyyəti. Röya xanımın da övladı var, Aygünün də. Röya xanım Aygünün məzarı üstünə əklik göndərmişdi və hansısa maqazin verilişlərindən birinə demişdi ki, “mən Aygünü bağışlayıram”. Hətta hər kəs dedi ki, etiraz əlaməti olaraq bu əklili yandıraq, çəkək və sosial şəbəkələrə buraxaq. Mən icazə vermədim. Bu gün dediyi sözü o vaxt desəydi həmin əklili Aygünün məzarə üstünə qoymağa icazə verməzdim. Mən dedim ki, Röya xanım sağ olsun ki, böyüklük edib, əklil göndərib. Biz düşündük ki, söz-söhbət bununla da bitdi. Nəyə lazımdır köhnə söhbəti açıb, yenidən efirdə danışmaq? Bunu qurtdalamağın nə mənası var?”, - deyə sənətkarın bacısı bildirib.
 
Qeyd edək ki, verilişlərdən birində xalq artisti Röya Ayxan “Aygün Bəyləri bağışlamamışam” ifadəsini işlədib.
Link kopyalandı!
Son xəbərlər