Hindistanlı jurnalistin Ukrayna haqda hansı sualı Putini çaşdırdı?..
Ekskluziv
167
07:31, Bu gün

Hindistanlı jurnalistin Ukrayna haqda hansı sualı Putini çaşdırdı?..

Vladimir Putin Hindistana səfəri ərəfəsində yerli mediaya böyük bir müsahibə verib. Müsahibə 4 dekabrda dərc edilib. 
 
Moderator.az-ın "Meduza" nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, müsahibə zamanı "India Today" nəşrinin jurnalisti Gita Mohan prezidentdən Rusiya ordusunun Donbasdakı dinc ukraynalıların - hətta rus dilində danışan və Kremlin siyasətini dəstəkləyənlərin də evlərini niyə dağıtdığını soruşub. Putin əvvəlcə  guya sualı anlamadığını göstərib. Sonra deyib ki, əslində Donbasın nəzarəti altında olmayan hissələrini məhv edən "Kiyev rejimi"dir, Rusiya isə rusdilli ukraynalılara "dəstək verir".
 
Söhbətin tam mətni budur:
 
Gita Mohan: 
 
-Cənab Prezident, tarixdən bəhs etdiniz və bu, məni münaqişə başlayanda nə etməyə başladığımı yadıma salır. Luqansk, Donetsk və Xersona səyahət etdim. İnsanların əksəriyyəti əslində rus dilində danışır. Onlar Kiyevin bu dili şərqi Ukraynada qadağan etməsindən çox məyus olurdular. Amma onlar həm də ondan şoka düşürdülər ki, "Putin  bizə, öz xalqına qarşı bu amansızlığı necə edə bilər?!" Danışdığım qadınların çoxu şoka düşürdü. Rusiyada ailələri olan, daim Rusiya ilə Ukrayna arasında köçən şərqi Ukraynadakı insanlara nə deyə bilərsiniz? Onlara nə deyərdiniz?
 
Vladimir Putin: 
 
-Sualı başa düşmədim: nədən şoka düşdülər?
 
Gita Mohan: 
 
-Görüşdüyüm insanlar Rusiya tərəfindən onların da evlərini dağıdan əməliyyatın başlanmasından şoka düşmüşdülər. Onlar şərqi Ukraynada yaşayırdılar; onlar həmişə Rusiyanı, rus xalqını sevirdilər; özləri də rusdilli idilər...
 
Vladimir Putin: 
 
-Cavab çox sadədir: onlar görünür, Ukraynanın, məsələn, Luqansk və ya Donetsk bölgələrinin Kiyev hakimiyyətinin nəzarəti altında olan hissəsində yaşayırlar. Lakin Luqansk və Donetsk bölgələrinin onların nəzarəti altında olmayan hissəsi Kiyev rejimi tərəfindən dağıdılırdı. Və biz onun müstəqilliyini elan edən hissəni dəstəkləməyə məcbur olduq - birincisi.
 
İkincisi, biz insanlara açıq referendumda öz fikirlərini bildirmək imkanı verdik: Rusiya ilə olmağın daha yaxşı olduğuna inananlar buna səs verdilər. Bunu etməyənlər Ukrayna dövlətinin digər bölgələrinə sərbəst şəkildə gedə bilərdilər. Buyursunlar, biz buna  heç vaxt mane olmadıq...
 
Eyni müsahibədə Putin Rusiyanın nə olursa olsun "Donbası azad edəcəyini" bildirib. 
 
"Prinsipcə hər şeyin əsas səbəbi budur: ya biz bu əraziləri silah gücü ilə azad edəcəyik, ya da Ukrayna qoşunları sonda bu əraziləri tərk edəcək və orada insanları öldürməyi dayandıracaqlar", - deyə o bildirib.
 
Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün "sülh planı"ndakı bəndlərdən biri Ukraynanın qoşunlarını Donetsk və Luqansk bölgələrindən çıxaracağını və faktiki olaraq Donbası Rusiyaya təslim edəcəyini nəzərdə tutur.
Link kopyalandı!
Son xəbərlər