Rusiya ilə Ukrayna arasında davam edən müharibə və bu müharibədə tətbiq edilən hərbi texnikalar gələcək müharibələrin xarakter və xüsusiyyətləri ilə bağlı ciddi araşdırmalara səbəb olub.
Moderator.az xəbər verir ki, ABŞ-da aparılan araşdırmalar gələcək müharibələrdə həlledici amilin hipersəs raketlərinə malik olduğunu üzə çıxarıb. Yüksək dəqiqlik və dağıdıcılıq, neytralaşdrılmasının demək olar ki, mümkünsüzlüyü bu raketləri qalibiyyətli müharibənin əsas avanqardına çevirir.
Onu da qeyd edək ki, hazırda ABŞ-da hipersəs raketləri istehsal edəcək yeni zavodlar inşa edilməkdədir. Ekspertlər bildirir ki, zavodlar fəaliyyətə başlayandan sonra ABŞ hipersəs raketlərinin istehsalında ciddi irəliləyişə nail olacaq.
Qeyd edək ki, ABŞ istehsalı olan hipersəs raketləri səsdən 5 dəfə sürətlidir və bütün dünyda ən perestijli raketlərdən biri hesab olunur.
Seymur ƏLİYEV