Ermənistanda Rusiyaya birləşməyi təklif edən eks-merin tərəfdarları həbs edildi...
Ekskluziv
137
18:24, Bu gün

Ermənistanda Rusiyaya birləşməyi təklif edən eks-merin tərəfdarları həbs edildi...

Gümrüdə kütləvi iğtişaşlar fonunda yeni təqiblər və həbslər var.
 
Moderator.az  xəbər verir ki, bu haqda “Haykakan Jamanak ”ın məlumat yayıb.
 
Xatırladılır ki, oktyabrın 20-də Gümrü meri Vardan Qukasyanın həbsi zamanı   polisin keçirdiyi əməliyyatlar zamanı Qukasyanın tərəfdarları ilə polis arasında toqquşma olub .
 
Bundan başqa, Vardan Qukasyanın tərəfdarları   polis maşınlarının təkərlərini deşmişdilər .
 
Vardan Qukasyan,  Henrik Qasparyan  və daha bir neçə nəfər saxlanılıb.
 
Moderator.az xatırladır ki,  Gümrünün keçmiş meri Vardan Qukasyanın həbsindən sonra Ermənistan İstintaq Komitəsi onun ölkənin ərazi bütövlüyünə xələl gətirən çağırışlar etdiyini iddia edib. Söhbət Qukasyanın Ermənistanın Rusiyaya birləşdirilməsi ehtimalını açıq şəkildə müdafiə etməsindən gedir.

Vardan Qukasyan bir müddət əvvəl çıxışı zamanı demişdi:

“Ermənistanın təhlükəsiz və sabit gələcəyi yalnız Rusiyaya daha sıx inteqrasiya ilə mümkündür. Əgər lazımdırsa, biz birləşməni də müzakirə etməliyik”.

Bu fikirdən sonra Qukasyanın əleyhinə dərhal “separatizm” və “dövlət suverenliyinə qarşı çıxış” maddələri üzrə araşdırma başlanılıb.

Link kopyalandı!
Son xəbərlər