Bizi sosial şəbəkələrdən izləyin:
Gümrüdə kütləvi iğtişaşlar fonunda yeni təqiblər və həbslər var.
Moderator.az xəbər verir ki, bu haqda “Haykakan Jamanak ”ın məlumat yayıb.
Xatırladılır ki, oktyabrın 20-də Gümrü meri Vardan Qukasyanın həbsi zamanı polisin keçirdiyi əməliyyatlar zamanı Qukasyanın tərəfdarları ilə polis arasında toqquşma olub .
Bundan başqa, Vardan Qukasyanın tərəfdarları polis maşınlarının təkərlərini deşmişdilər .
Vardan Qukasyan, Henrik Qasparyan və daha bir neçə nəfər saxlanılıb.
Moderator.az xatırladır ki, Gümrünün keçmiş meri Vardan Qukasyanın həbsindən sonra Ermənistan İstintaq Komitəsi onun ölkənin ərazi bütövlüyünə xələl gətirən çağırışlar etdiyini iddia edib. Söhbət Qukasyanın Ermənistanın Rusiyaya birləşdirilməsi ehtimalını açıq şəkildə müdafiə etməsindən gedir.
Vardan Qukasyan bir müddət əvvəl çıxışı zamanı demişdi:
“Ermənistanın təhlükəsiz və sabit gələcəyi yalnız Rusiyaya daha sıx inteqrasiya ilə mümkündür. Əgər lazımdırsa, biz birləşməni də müzakirə etməliyik”.
Bu fikirdən sonra Qukasyanın əleyhinə dərhal “separatizm” və “dövlət suverenliyinə qarşı çıxış” maddələri üzrə araşdırma başlanılıb.