Etibar Məmmədov AMİP rəhbərliyinin Amerikadakı beynəlxalq forumda iştirakından danışdı...
Ekskluziv
192
17:17, Bu gün

Etibar Məmmədov AMİP rəhbərliyinin Amerikadakı beynəlxalq forumda iştirakından danışdı...

Xəbər verildiyi kimi, Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi AMİP-in tam hüquqlu üzvü olduğu Beynəlxalq Demokrat İttifaqı (İDU) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonda keçirilən İDU-2025 Forumunda iştirak edir. Forumda sağ mərkəz yönlü partiyaların nümayəndələri, hazırkı və sabiq hökumət və dövlət başçıları, konqresmenlər, senatorlar, Avropa İttifaqının rəsmiləri, Avropa Parlamentinin üzvləri, tanınmış ekspertlər və siyasətçilər istirak edirlər.
 
AMİP-in fəxri lideri Etibar Məmmədov Moderator.az əməkdaşının “Fəxri lideri olduğunuz partiyanın mühüm beynəlxalq forumda iştirakı haqda əlavə nə məlumatınız var, həmin tədbirdən nələr gözləyirsiniz?” sualına cavabında bildirib ki, AMİP-in mətbuat xidmətinin yaydığı rəsmi məlumatdan savayı onda da məlumat yoxdur. 
 
“Partiya rəhbərliyi, yəqin ki, tezliklə Amerikadakı forumda iştirakı haqda özü əlavə rəsmi məlumat yayacaq. Forumda Azərbaycan Milli İstiqlal Partiyası adından verilən bəyanat rəsmi səhifəyə salınıb. Çox güman ki, bugünkü iclasdan sonra rəsmən media üçün də yayılacaq. AMİP-dən yalnız uğurlar gözləyirəm”, - deyə Etibar Məmmədov əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər