Xəzərlə bağlı  nə baş verir?- ABŞ səfiri
Ekskluziv
107
09:29, Bu gün

Xəzərlə bağlı  nə baş verir?- ABŞ səfiri "bizim Xəzər" ifadəsini işlətdi!..-"SEPAH"-a bağlı kanaldan reaksiya!..

"Müsahibələrinin birində Tom Barrak bildirib ki, Tramp administrasiyası Yunanıstan və Türkiyə arasında "körpü" rolunu oynamaq niyyətindədir",
 
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bu barədə İranın "SEPAH" qurumuna məxsus  @sepah_pasdaran_ru telegram-kanalı informasiya yayıb.
 
"O, regionda "siyasi müdaxilənin aradan qaldırılması" zərurətindən danışıb və "Xəzərdən Aralıq dənizinə formul"nu  xatıladib.
 
Barrak əlavə edib: "Bizim nəhəng faydalı qazıntı resursları olan Xəzər dənizi var" ki, onun sözlərinə görə, həmin ehtiyatlar  Yunanıstan və Türkiyədən keçərək Aralıq dənizinə axmalıdır.
 
P.S: ABŞ İran və Rusiya ilə müharibəyə cəhd edir və Xəzər dənizinin nəhəng enerji ehtiyatlarına çıxış üçün Türkiyədən vasitəçi qüvvə kimi istifadə etmək istəyir", -"SEPAH"- a bağlı kanalın yaydığı xəbərdə. daha sonra belə deyilir.
 
Zəruri şərh:
 
Araşdırmamızdan bəlli oldu ki, doğrudan da ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Yunanıstanın "Yekathimerini" qəzetinə sözügedən mövzuda müsahibə(burada:) verib və Xəzərlə bağlı qeyd edilən fikirləri səsləndirib. Görünür, İran rəhbərlyi də səfirin sözlərini ciddi qəbul edərək onları "SEPAH"-ın kanalları vasitəsi ilə yayıb. Bunu Ermənistanın rusiyameyilli tanınmış internet nəşrinin yayması da təsadüfi deyil. Hələlik Rusiyanın öz mənbələri bu mövzuda heç bir məlumat yaymayıb...
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər