Bizi sosial şəbəkələrdən izləyin:
"Müsahibələrinin birində Tom Barrak bildirib ki, Tramp administrasiyası Yunanıstan və Türkiyə arasında "körpü" rolunu oynamaq niyyətindədir",
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bu barədə İranın "SEPAH" qurumuna məxsus @sepah_pasdaran_ru telegram-kanalı informasiya yayıb.
"O, regionda "siyasi müdaxilənin aradan qaldırılması" zərurətindən danışıb və "Xəzərdən Aralıq dənizinə formul"nu xatıladib.
Barrak əlavə edib: "Bizim nəhəng faydalı qazıntı resursları olan Xəzər dənizi var" ki, onun sözlərinə görə, həmin ehtiyatlar Yunanıstan və Türkiyədən keçərək Aralıq dənizinə axmalıdır.
P.S: ABŞ İran və Rusiya ilə müharibəyə cəhd edir və Xəzər dənizinin nəhəng enerji ehtiyatlarına çıxış üçün Türkiyədən vasitəçi qüvvə kimi istifadə etmək istəyir", -"SEPAH"- a bağlı kanalın yaydığı xəbərdə. daha sonra belə deyilir.
Zəruri şərh:
Araşdırmamızdan bəlli oldu ki, doğrudan da ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Yunanıstanın "Yekathimerini" qəzetinə sözügedən mövzuda müsahibə(burada:) verib və Xəzərlə bağlı qeyd edilən fikirləri səsləndirib. Görünür, İran rəhbərlyi də səfirin sözlərini ciddi qəbul edərək onları "SEPAH"-ın kanalları vasitəsi ilə yayıb. Bunu Ermənistanın rusiyameyilli tanınmış internet nəşrinin yayması da təsadüfi deyil. Hələlik Rusiyanın öz mənbələri bu mövzuda heç bir məlumat yaymayıb...
S.Laçın