Artıq 4-cü ildir ki, Ukraynada davam edən müahribə və bu müddət ərzində Qərb ölkələrinin ciddi yardımlarına baxamayaraq, hələ də Rusiya işğalının davam etməsi ABŞ vətəndaşlarının hərbə inamını əhəmiyyətli dərəcədə azaldıb.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Amerikada hər il keçirilən ənənəvi Milli Müdafiə Sorğusu zamanı milli əhval-ruhiyyədə ciddi dəyişikliklər qeydə alnıb. Məlum olub ki, amerikalıların əksəriyyəti bundan sonra da Ukraynaya hərbi yardımın göstərilməsinə tərəfdar olsalar da, bu yardımların yaxın gələcəkdə nəyisə dəyişəcəyinə çox da inanmırlar.
Bundan başqa, sorğuda iştirak edənlərin yalnız 49%-i ABŞ ordusunun xaricdəki əməliyyatlarda uğuruna inamını ifadə edib. 54% vətəndaş isə hesab edir ki, ABŞ özünü istənilən xarici təcavüzdən qorumağa qadirdir. Qalan 46% isə ABŞ-ın öz təhlükəsizliyini təmin edə biləcəyinə inanmadığını bildirib.
ABŞ-ın diplomatik təsiri (48%), quru qüvvələri (43%), iqtisadi gücü (42%) və muxtar imkanları (40%) barədə göztəriilər də milli əhval-ruhiyyədəki mənfi dəyişikliklərdən xəbər verir.
Ekspertlər isə hesab edir ki, Ukraynadakı müharibənin uzanması qarşıdakı aylarda ABŞ və Qərb insanlarında pessimizm əhval-ruhiyyəsinin daha da güclənməsinə səbəb ola bilər.
S.ƏLİYEV