Bizi sosial şəbəkələrdən izləyin:
“İndiki halda belə bir vəziyyət Ərdoğan iqtidarı üçün əlavə problemlər yaradacaq. Digər tərəfdən, Kreml də adekvat addımlar ataraq Türkiyə mallarına qadağalar qoyacaq...”
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfərində prezident Donald Trampla görüşündə müzakirə olunan məsələlərdən biri də Ankaranın Rusiya neftindən və qazından imtinası ilə bağlı oldu. Birləşmiş Ştatlar diplomatik, lakin aydın tərzdə bunu öz müttəfiqindən gözlədiyini ifadə etdi. Doğrudur, Türkiyə bu tələbi ilkin olaraq yerinə yetirmək istəmədi. Lakin okeanın o tayından göstərilən davamlı basqılar höküməti müəyyən korrektələr etmək məcburiyyətində qoydu. Əslində fikrimcə, Vaşinqtonun Türkiyənin Rusiya neftindən imtinası ilə bağlı tələbləri dost və müttəfiqliyə uyğun olman tələbdir. Öncə ona görə ki, Türkiyənin böyüyən iqtisadiyyatının ucuz yanacağa, neft və neft məhsullarına, həmçinun qaza ciddi ehtiyacı var”.
Bu fikirləri Moderator.az-a açıqlamasında "Sizcə, son günlər Türkiyənin Rusiya neftinin idxalına məhdudiyyətləri xeyli artırmasına Kreml necə reaksiya verəcək?” sualına cavabında siyasi şərhçi Əli Orucov söyləyib.
“Ankara daha böyük iqtisadi və tranzit iddialarına malikdir. Türkiyənin hədəfi təkcə tranzit ölkə olmaq deyil, həm də neft-qaz qovşağına çevrilməlidir. Bu faktor qardaş ölkəni güc mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayır. Əgər Ankara Rusiya neftinin idxalına daha çox məhdudiyyətlər qoyarsa, o zaman alternativ idxal baha başa gələ bilər və bu da bahalaşma ilə nəticələnər. İndiki halda belə bir vəziyyət Ərdoğan iqtidarı üçün əlavə problemlər yaradacaq. Digər tərəfdən, Kreml də adekvat addımlar ataraq Türkiyə mallarına qadağalar qoyacaq. Xüsusi ilə kənd təsərrüfatı, tekstil və inşaat sektoru üçün Rusiya böyük bazardır. Bunları itirmək sosial gərginliyi artırar. Qarşılıqlı iqtisadi, ticari və siyasi əlaqələri zərər gətirər. Ona görə də hesab edirəm ki, Ankara Birləşmiş Ştatlar tərəfindən qoyulan tələbin Türkiyə üçün doğuracağı nəticələrin ciddiliyini daha detallı anlamalı və kompensasiyalar qarşılaya biləcəyi diqqətlə nəzərdən keçirməlidir...”