Bizi sosial şəbəkələrdən izləyin:
“Əks halda, sadəcə hansısa himayədarın qoltuğuna sığınmaqla öz evində rahat yaşaya bilmərsən...”
“Hraparak” qəzeti yazır ki, Paşinyan Ermənistanla sərhədlərin açılmasından ötrü Ərdoğana təsir göstərə bilməsi üçün ABŞ-ın Türkiyədəki səfiri Tom Barakdan şəxsən bu məlumatı prezident Donald Trampa çatdırmağı xahiş edəcək. Görəsən, bunu necə şərh etmək olar?
Moderator.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz bildirib ki, Paşınyanın bu addımı rəsmi İrəvanın 44 günlük müharibədən yetərli qədər dərs çıxarmadığını göstərir:
“Ümumiyyətlə, bu zamanadək Rusiyanın, Fransanın və ABŞ-ın himayəsinə sığınaraq regionda at oynatmağa öyrəşmiş Ermənistan hakimiyyəti birgə yaşayış qaydalarına tam vərdiş etməyib. Elə başa düşür ki, regionda başqalarının hüquqlarına hörmət etməmək nəticəsində qarşılaşdığı problemlərini yenə də öz himayədarlarının yardımı ilə aşa bilər. Halbuki, 1990-ci illərdən son illərə qədərki zaman dilimi “uzaq qohumdan yaxın qonşunun daha yaxşı olduğunu” ona göstərməli idi. İrəvan anlamalıdır ki, yaşadığı regionda yaxın qonşuları ilə dil tapmaqla nəsə əldə edə bilər. Əks halda, sadəcə hansısa himayədarın qoltuğuna sığınmaqla öz evində rahat yaşaya bilmərsən. Birgə yaşayış qaydalarına əməl etməsən, uzaq himayədarların bir zamana qədər sənin imdadına özünü çatdırar. Bu ərköyünlüyün çox davam edərsə, bir gün yenə tərk olunar və qonşularla təkbaşına hesablaşmaq məcburiyyətində qalarsan. Necə ki, ermənilər bu ərköyünlüklərinin, “analarının gül balası” olmaq imtiyazlarının ağır bədəlini ödədilər. Paşinyan və onun komandasının ata biləcəyi ən yaxşı addım ona-buna ağız açmaqdansa, qonşularla düzgün münasibət qurmasıdır. Ümid edirəm ki, kifayət qədər ağıllı və praqmatik siyasətçi olan Paşinyan enində-sonunda erməni xislətinin çox da işə yaramadığını anlayacaq və uzaq “qohumlarının” qoltuğuna sığınmaq adətini birdəfəlik tərgidəcəkdir”.