“Məktəblərdə narkomaniya əleyhinə təbliğatın aparılması həyati əhəmiyyətə malikdir”
Ekskluziv
129
15:07, Bu gün

“Məktəblərdə narkomaniya əleyhinə təbliğatın aparılması həyati əhəmiyyətə malikdir”

Novxanı kənd 1 nömrəli tam orta məktəbdə  “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Məktəbin sosial şəbəkə hesabında verilən məlumata görə, tədbirdə Abşeron RPİ -nin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru polis mayoru Elbrus Əhmədov, Abşeron rayonu polis bölməsinin rəis müavini polis mayoru Faiq Manafov, Novxanı kənd İcra nümayəndəsi Rövşən Rüstəmov, Abşeron Rayon Mərkəzi xəstəxanasının narkoloq həkimi Ayxan Bağırov, Abşeron Rayon Polis İdarəsinin DYP şöbəsinin baş inspektoru Əlizamin Heydərov, Abşeron rayonu Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis baş leytenant Fərid Babayev, Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin polis sahə rəisi polis leytenantı İslam İslamov, Yetkinlik yaşına çatmayanlarla iş inspektoru polis leytenantı Xəyalə Əsgərova tədbirdə iştirak edib, şagirdlərlə maarifləndirici söhbət aparıblar.

Məlumat üçün qeyd edək ki, Novxanı kənd 1 nömrəli tam orta məktəbdə  bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur, məktəb rəhbərliyi kənd icra nümayəndəsi və əlaqədar dövlət qurumlarının yetkililəri ilə birlikdə tez-tez şagirdlərlə marifləndirici iş aparır, narkomaniyanın fəsadları ilə bağlı yeniyetmələrə ətraflı məlumatlar verirlər.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu cür tədbirlərin genefondumuzun qorunması, narkomaniyaya qarşı effektiv mübarizə baxımından mühüm rol oynadığını bildirib:

“Şübhəsiz, orta məktəblərdə narkomaniya əleyhinə təbliğatın aparılması, müasir dünyanın ən böyük problemlərindən biri olan bu bəlanın hansı fəlakətlərə yol açması ilə bağlı yeniyetmələrin məlumatlandırılması həyati əhəmiyyətə malikdir. Dünya praktikası sübut edir ki, narkomaniyaya qarşı ən effektiv mübarizə profilaktiki iş, təbliğati addımlardır. Məhz bu cür önləyici addımlar sayəsində yeniyetmə və gənclər narkomaniyanın fəsadları haqqında ətraflı məlumat əldə edir, narkotik maddələrdən uzaq olmağın vacibliyini anlayırlar.

Orta məktəblərdə bu cür tədbirlərin keçirilməsi genefondumuzun sağlamlığının qorunması baxımından da olduqca önəmlidir.

Heç kimə sirr deyil ki, hər bir dövlətin gələöcəyi onun gənclərindən, bu gənclərin fiziki-mənəvi sağlamlığından asılıdır. Hansı ki, narkotik bəlası insanların əlindən həm fiziki, həm də ruhi-mənəvi sağlamlığını alır, onların həyatını zülmətə çevirir. Bu mənada Novxanı kənd 1 nömrəli tam orta məktəbdə bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir və gənclərimizin sağlamlığına, xalqımızın və dövlətimizin gələcəyinə xidmət edir.

Mən bu cür vacib və faydalı tədbirə görə məktəb direktoruna, icra nümayəndəsinə, polis əməkdaşlarına təşəkkür edir, uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər