Bizi sosial şəbəkələrdən izləyin:
Çeçenistan lideri Ramzan Kadırov Avropa ölkələri ilə müharibəyə başlamağa hazır olduğunu və bunun "tezliklə bitəcəyini" və "onların xeyrinə olmayacağını" bildirib.
Kadırov Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, ordusunun "lazım gələrsə" Avropa ilə müharibəyə başlamaq üçün ondan yalnız əmr gəlməsini istədiyini bildirib.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, Kreml tərəfdarı olan siyasətçi müvafiq bəyanatı telegram-kanalında paylaşıb.
Çeçen lideri heç kimin "atılıb-düşməyəcəyini" və münaqişənin "çox tez" bitəcəyinə söz verib.
Kadırov bəyan edib: "Biz qətiyyən atılıb-düşməyəcəyik, Vladimir Vladimiroviç, əmr gözləyirik! Hər şey çox tez və açıq şəkildə Rusiya ilə müharibəyə başlamaq qərarına gələnlərin zərərinə bitəcək.
Daha sonra o, Putindən avropalıların "könüllü olaraq üzr istəməyə başlayacağı" təqdirdə "inciyib-inciməyəcəyini" soruşub.