Ekskluziv
357
11:21, Bu gün

"Ramiz Mehdiyevin vəzifə üçün AXC rəhbərliyinə müraciət etməsi barədə heç bir məlumatım yoxdur...”- PƏNAH HÜSEYN

“Ramiz Mehdiyev Xalq Cəbhəsinin rəhbərlərinə deyirdi ki, mənim çox böyük təcrübəm var, işi bilirəm, mənə vəzifə verin, sizə xidmət edəcəyəm...”- Arif Rəhimzadə
 
Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadə mediaya açıqlamasında bildirib ki, guya PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin Azərbaycan Xalq Cəbhəsinin iqtidarda olduğu dövrdə rəhbərliyə müraciət edərək “mənim çox böyük təcrübəm var, işi bilirəm, mənə vəzifə verin, sizə xidmət edəcəyəm” deyib.
“Xalq Cəbhəsinə müraciətinin olmasını dəqiq bilirəm. Onda Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdi”, - A.Rəhimzadə belə deyib.
 
Mövzu ilə bağlı müraciət etdiyimiz AXC hakimiyyəti dövründə dövlət katibi və baş nazir vəzifələrində çalışmış Pənah Hüseyn Moderator.az-a açıqlamasında belə deyib:
“Mən Arif Rəhimzadənin həmin açıqlaması ilə tanış olmamışam. Amma yaxşı olardı ki, öncə Arif Rəhimzadənin özünə zəng edib soruşardınız ki, o, AXC  rəhbərliyindən konkret olaraq kimə müraciət edib. Mənim isə Ramiz Mehdiyevin AXC hakimiyyətdə olduğu dövrdə həmin qurumun və ya hakimiyyət rəhbərliyinə vəzifə üçün müraciət etməsi barədə heç bir məlumatım yoxdur...”
 
Qeyd edək ki, material çapa hazırlanarkən Arif Rəhimzadənin əvvəllər əlaqə saxladığımız  mobil telefon nömrəsinə zəng etsək də, nömrənin təyin olunmadığı bildirildi...
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər