“Məşqlərə başlayacaq, amma...” - Zeynəb Xanlarova yeni ildə AZTV-də çıxış edəcək? - AÇIQLAMA 
Ekskluziv
103
09:10, Bu gün

“Məşqlərə başlayacaq, amma...” - Zeynəb Xanlarova yeni ildə AZTV-də çıxış edəcək? - AÇIQLAMA 

Yeni ilə sayılı günlər qalıb. Bir neçə ildir ard-arda AZTV-nin yeni il buraxılışına xüsusi qonaq olan görkəmli sənətkar Zeynəb Xanlarovanın sözügedən televiziyada bu il də çıxışı gözlənilirmi?
 
 Xalq artisti Sadıq Zərbəliyev bu haqda özəl olaraq Moderator.az-a danışıb:
 
“Bu il də  Zeynəb xanım AZTV-də çıxış edəcək. İnşallah ki, olacaq. Məşqlərimiz planlaşdırılıb, bu günlərdə başlayacağıq. Zeynəb xanım heç vaxt fanaqram ifa etməyib. Ona görə də dünyanın Zeynəbidir. Həmişə deyir ki, “məni Sadıq həvəsə gətirir, gözümün qabağında olmayanda və qoşanağara ifa etməyəndə mən oxuya bilmirəm” deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, toylarla dolanır:
 
“Zahid Qubadlı ilə birlikdə toylara gedirik. Bu bizim sənətimizdir də. Ümummilli lider Heydər Əliyev məni tarixə salıb. SSRİ-də hələ heç bir musiqiçi xalq artisti fəxri adını almayanda mənə veriblər. 20-30 il əməkdar artist olublar, sonra xalq artisti fəxri adı alıblar. Heydər Əliyev mənə əməkdar artist fəxri adı almadan, xalq artisti verib. Bu onun biz sənətkarlara olan diqqət və qayğısı idi”, - deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər