Sabiq MTN şefi “gözü önündəki” təhlükəni niyə “görməyib”?
Ekskluziv
292
19:38, Bu gün

Sabiq MTN şefi “gözü önündəki” təhlükəni niyə “görməyib”?

Uzun müddət Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışan və cari ilin 14 oktyabr tarixində məhkəmə qərarı ilə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunan Ramiz Mehdiyevin işi üzrə istintaq davam edir. Artıq iş üzrə bir sıra faktlar üzə çıxmaqdadır ki, bunlardan da biri sabiq Administrasiya rəhbərinin məqsədinə çatmaq üçün bəzi müxalif şəxsləri də öz planalrına daxil etməsidir.

Şübhəsiz, “Ramiz Mehdiyev işi” üzrə aparılan istintaq çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bütün gizli mətləblərə aydınlıq gətirəcəyi, məlum prosesdə bu və ya digər dərəcədə iştirak edən şəxslərin kimliyini müəyyənləşdirərək onları da məsuliyyətə cəlb edəcəyi birmənalıdır. İndiki halda maraq doğuran əsas sual isə Ramiz Mehdiyev təhlükəsinin “səssiz-səmirsiz” bu qədər necə böyüdüyü, niyə zamanında de-şifrə edilmədiyi ilə bağlıdır. Hansı ki, bu sualın cavabı sabiq MTN şefi Eldar Mahmudov və onun yarıtmaz fəaliyyətində gizlənir.

Heç kimə sirr deyil ki, dövlətin təhlükəsizliyini təmin etmək, təhlükəsizliyə təhdid yaradan halları vaxtında aşkarlayaraq ortadan qaldırılmaq bilavasitə xüsusi xidmət orqanlarının üzərinə düşən missiyadır. Bu mənada Ramiz Mehdiyevin anti-dövlət fəaliyyətinə müdaxilə etməli olan ilk şəxs məhz sabiq MTN şefi Eldar Mahmudov olmalı idi. Lakin Eldar Mahmudov Ramiz Mehdiyev təhlükəsini neytrallaşdırmaq üçün nəinki heç bir addım atmadı, ümumiyyətlə, belə bir təhlükənin mövcudluğu ilə bağlı ən xırda narahatlıq belə ifadə etmədi. Nəticədə, Ramiz Mehdiyev və onun nəhəng komandası dövlətin milli təhlükəsizliyini hədəf alan dağıdıcı fəaliyyətini tam bir asudəlik içində həyata keçirməyə başladı. Və bu fəaliyyət DTX-nın proseslərə müdaxiləsinə qədər davam etdi.

Maraqlıdır, bəs Eldar Mahmudovun Ramiz Mehdiyevlə bağlı bu susqunluğu nə ilə izah edilə bilər? Doğrudanmı “hər şeyi görən”, “hər şeyi görməli olan” MTN şefi bu böyüklüyündəki anti-milli fəaliyyəti görməyib? Əgər görübsə, o zaman niyə bu barədə ölkə rəhbərliyini məlumatlandırmayıb, qanunun ona verdiyi səlahiyyətdən istifadə edərək gərəkli addımları atmayıb?

Əlbəttə, ixtiyarında nəhəng kəşfiyyat-informasiya və agenura şəbəkəsi olan Eldar Mahmudovun uzun müddət davam edən bunca qanunsuzluğu görmədiyini, bunca irimiqyaslı fəaliyyətdən xəbərsiz olduğunu iddia etmək sadəlövhlük olardı. Çünki tutduğu post, daşıdığı vəzifə və ixtiyarıdakı böyük resurslar Eldar Mahmudovun Ramiz Mehdiyevin anti-milli fəaliyyətindən xəbərsız qalmasını sadəcə olaraq mükünsüz edir. Bəs o zaman niyə sabiq nazir Ramiz Mehdiyev təhlükəsizni önləmək üçün heç bir addım atmayıb?

Yəqin ki, “Ramiz Mehdiyev işi” üzrə istintaq bu suala da aydınlıq gətirəcək,  Eldar Mahmudovun hərəkətsizliyinə səbəb olan faktlara, eləcə də sabiq MTN şefinin özünün fəaliyyətsizliyinə hüquqi müstəvidə lazımi qiyməti verəcək.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər