Rusiya bu problemi də ortadan qaldırsa, silah istehsalı ilə bağlı yeni rekorda imza ata bilər
Ekskluziv
130
16:18, Bu gün

Rusiya bu problemi də ortadan qaldırsa, silah istehsalı ilə bağlı yeni rekorda imza ata bilər

Ukrayna müharibəsi və digər ölkələrdən gələn sifarişlər Rusiyanın silah istehsalını heç vaxt olmayan qədər artırmağa məcbur edib.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Rusiya istehsalı olan silahlar əsasən Ukraynadakı müharibəyə cəıb edilsə də, Moskva bu gün də dünyanın ən iri silah ixracatçılarından biri olaraq qalmaqdadır.

Nəşrin məlumatına görə hazırda Ruisyanın silah istehsalını artırmağa əngəl olan ən başlıca amil ixtisaslı kadrlarla bağlı mövcud olan kəskin çatışmazlıqdır. Əgər Rusiya bu problemi hansısa şəkildə ortadan qaldırarsa, o zaman Kremlin silah istehsalı ilə bağlı yeni rekorda imza atması mümkündür.

Qeyd edək ki, Ukrayna müharibəsi fonunda Rusiya istehsalı olan silahlara marağın azalacağı gözlənilsə də, bu gözlənti özünü doğrultmayıb.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər