Yeniyetmələrlə ünsiyyət zamanı psixoloji məqamlar - Psixoloqdan açıqlama
Ekskluziv
194
11:28, Bu gün

Yeniyetmələrlə ünsiyyət zamanı psixoloji məqamlar - Psixoloqdan açıqlama

"Yeniyetmələrlə ünsiyyət zamanı ən əsas məsələ öz səbir və təmkinini qoruyaraq onların şəxsiyyətinə hörmət və diqqətin göstərilməsi bacarığıdır". 
 
Bu fikirləri  Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Günəş Əfəndiyeva Moderator.az saytına açıqlamasında deyib.  
 
Onun dediyiinə görə, yeniyetmələrin fikrinə hörmətlə yanaşılması, vacib məsələlərin, qərarların qəbulu zamanı onlara qulaq asılması, mövqelərinin nəzərə alınması zəruridir. Həmin yaş dövründə olan olanları hələ “uşaq” adlandırsaq da, onlar həmin ifadə ilə çox vaxt razılaşmırlar: “Ona görə də onlarla ünsiyyətdə “Sən hələ uşaqsan!”, “Sən hələ belə şeyləri başa düşməzsən!”, Böyüyərsən, bilərsən!” – kimi ifadələrdən qəti şəkildə uzaq olmaq lazımdır. Çünki bunların işlədilməsi onlarla ünsiyyətdə potensial münaqişələrə gətirib çıxara bilir. Yeniyetmə nəsə danışır və ya nə barədəsə qəlbindəkiləri deməyə çalışırsa, ona diqqətlə qulaq asmaq lazımdır. Onu qınamaq, danlamağa çalışmaq qətiyyən düzgün deyil. Yeniyetmə ailəsi tərəfindən dəstəkləndiyinə əmin olmalı, ailəyə, valideynlərinə arxalanmalıdır. Elə buna görə də çox vacibdir ki, uşağın hər bir probleminə qınayıcı tonla deyil, istiqamətləndirici tərzdə yanaşılsın. Yeniyetmə hiss etməlidir ki, evdə onu sevir, başa düşür və mövqeyinə hörmətlə yanaşırlar. Valideynlərin yeniyetmələrlə inamlı münasibətlərinin qurulması onlarla ünsiyyətdə ən vacib məsələlərdəndir”.
 
Psixoloq məsələnin həlli yolu barədə bunları tövsiyə edib: “Əgər övladla münasibətlər ciddi şəkildə pozulubsa mütləq mütəxəssisə, psixoloqa müraciət etmək lazımdır. Lakin bu zaman o da nəzərə alınmalıdır ki,  psixoloqun məsləhətinə yalnız uşağın deyil, sizin də ehtiyacınız var. Psixoloq valideyn və uşaqla paralel işləməlidir. Əgər valideyn də özündə, övladla davranış və münasibətində dəyişiklik etməsə, bunun heç bir faydası olmayacaq”.
Link kopyalandı!
Son xəbərlər