Tramp bu duktatora ailəsi ilə birlikdə ölkəni tərk etməsi üçün bir həftə vaxt verdi...
Ekskluziv
138
07:21, Bu gün

Tramp bu duktatora ailəsi ilə birlikdə ölkəni tərk etməsi üçün bir həftə vaxt verdi...

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya sərbəst şəkildə öz "təyinat yerini" seçmək şərti ilə ailəsi ilə birlikdə ölkəni tərk etmək üçün cəmi bir həftə vaxt verib.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbrə verir ki, "Reuters" agentliyinin söhbətdən xəbərdar mənbələrə əsasən verdiyi məlumata görə, 21 noyabrda liderlər arasında qısa söhbət zamanı Tramp Venesuela prezidentinin bir neçə tələbini rədd edib və Maduronun ölkəni təhlükəsiz şəkildə tərk etmək imkanı ilə bağlı ciddi şərt qoyub.
 
Bəzi KİV yazır ki, dörd mənbəyə görə, Venesuela lideri bu söhbətdən sonra "istefa vermək və ABŞ-dan təhlükəsiz keçid zəmanəti ilə ölkəni tərk etmək üçün bütün variantları tükəndirib". Maduro "tam hüquqi əfv" istəyib.
 
Söhbət zamanı Maduro Trampa bildirib ki, o, yalnız özü və ailə üzvlərinə ABŞ-ın bütün sanksiyalarının ləğvi də daxil olmaqla tam hüquqi əfv verildiyi təqdirdə Venesuelanı tərk etməyə hazırdır. Maduro həmçinin Beynəlxalq Cinayət Məhkəməsində baxılan işin ləğv edilməsini də xahiş edib. Bundan əlavə, Venesuela prezidenti Trampdan 100-dən çox Venesuela məmuruna qarşı sanksiyaları ləğv etməsini tələb edib. Siyahıya ABŞ-da insan haqlarının pozulması və ya narkotik qaçaqmalçılığında ittiham olunanlar da daxildir.
 
Mənbələr iddia edir ki, Venesuela vitse-prezidenti Delsi Rodrigez Madurodan yeni seçkilərdən əvvəl müvəqqəti hökumət qurmaq istəyi alıb.
 
Siyasətçilər arasında təxminən 15 dəqiqə davam edən söhbətdən sonra Tramp Maduronun əksər tələblərini rədd edib. Lakin o, xəbərdarlıq edib: Maduronun ailəsi ilə birlikdə Venesuelanı tərk etmək üçün bir həftəsi var.
 
Agentlik bildirir ki, bu ultimatumun həftəsi artıq 28 noyabr cümə günü başa çatıb. Bu, Donald Trampı Venesuela üzərindəki hava məkanının bağlandığını elan etməyə sövq edib. Daha sonra Amerika lideri özünün "Truth Social" səhifəsində avia-şirkətlərə müraciət edərək ölkə üzərində və yaxınlığında hava məkanının bağlandığını elan edib.
 
İndi Maduro administrasiyası Trampı başqa bir söhbət təşkil etməyə dəvət edib. Bunun baş tutub-tutmayacağı bəlli deyil, lakin Vaşinqtondakı bir mənbə Maduroya danışıqlar aparmağa icazə veriləcəyini ehtimal edir.
 
Xatırladaq ki, "Politico" 17 noyabrda Amerika ilə müharibə başlayarsa, Maduronun Moskvaya qaça biləcəyini bildirmişdi.
 
Oktyabrın sonunda "The Washington Post" qəzeti Maduronun Kremlə raketlər və radarlarla bağlı sorğu göndərdiyini bildirmişdi.
Link kopyalandı!
Son xəbərlər