Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında partlayış oldu...-Yaralanan var...
3011
01 Dec 2025 | 20:30

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında partlayış oldu...-Yaralanan var...

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində baş vermiş partlayış nəticəsində mülki şəxs yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə  shamshyan.com saytı məlumat yayıb
 
Abraham B. adlı vətəndaş Aragatsotn vilayətinin Sadunts kəndi yaxınlığında qoyun otararkən 102-ci Rusiya hərbi bazasının təlim meydançasına daxil olub və baş vermiş partlayış nəticəsində yaralanıb.
 
Məlumatda deyilir ki, 22 yaşlı gənc sağ qolundan və sağ ayağından xəsarət alıb. O, helikopterlə İrəvandakı Erebuni tibb mərkəzinə aparılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər