Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində baş vermiş partlayış nəticəsində mülki şəxs yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb
Abraham B. adlı vətəndaş Aragatsotn vilayətinin Sadunts kəndi yaxınlığında qoyun otararkən 102-ci Rusiya hərbi bazasının təlim meydançasına daxil olub və baş vermiş partlayış nəticəsində yaralanıb.
Məlumatda deyilir ki, 22 yaşlı gənc sağ qolundan və sağ ayağından xəsarət alıb. O, helikopterlə İrəvandakı Erebuni tibb mərkəzinə aparılıb.