Ukraynada axan qanlar onlara milyardlar qazandırıb... – Rekord rəqəm!
Ekskluziv
358
18:15, Bu gün

Ukraynada axan qanlar onlara milyardlar qazandırıb... – Rekord rəqəm!

Ötən bir il ərzində dünyanın ən böyük silah istehsaçıları öz gəlirlərini 5,9% artırıb ki, bu da son illərin ən yüksək göstəricisidir.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu  100 ən böyük silah istehsalçısının gəlirlərinin 2024-cü ildə 679 milyard dollara çatdığını bildirib. Bu, bütün zamanlar üzrə rekord göstəricisi hesab olunur.

Araşdırma nəticəsində məlum olub ki, silah şirkətlərinin qazancının böyük qismini Ukrayna və Qəzzadakı müharibələrin payına düşüb.

Silah tacirlərinin gəlirini artıran ikinci səbəb isə dünyada zorakılıqların artması fonunda təhlükəsizlik məqsədilə silah satışının həddindən artıq yüksəlməsi, əksər ölkələrin müdafiə xərclərini artırmasıdır.

Tədqiqat zamanı bəlli olub ki, Avropada silal idxalını artıran ən mühüm amil Rusiya təhdidi ilə bağlı olub.

Rusiya şirkəti olan “Rostec” və “United Shipbuilding Corporation”un da sanksiyalara baxmayaraq, silah satışından əldə etdiyi gəliri 23% artıraraq 31,2 milyard dollara çatdırdığı vurğulanıb.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər