“Bu, Minsk qrupunun tabutuna vurulan son mismardır”
Ekskluziv
199
14:21, Bu gün

“Bu, Minsk qrupunun tabutuna vurulan son mismardır”

“Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasının başa çatdırılması ilə bağlı ATƏT-in bugünkü bəyanatı Minsk qrupunun tabutuna vurulan son mismardır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, baş verənlər Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi dəyərləndirməlidir:

“Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra Minsk qrupunun mövcudluğuna heç bir ehtiyac qalmamış, adəçəkilən qurumun ləğvi zərurət kimi meydana çıxmışdır. Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk qrupu ləğv edilməli, ortadan qaldırılmalıdır. Lakin Ermənistandakı bəzi qüvvələr, xüsusilə də Qarabağ klanının tör-töküntüləri buna qarşı çıxır, onlar Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi, bu ölü qurumun dirçəldilməsi üçün əllərindən gələni edəcəklərini bildirirdilər. Fəqət bu gün ATƏT rəsmi şəkildə Minsk prosesi və ona bağlı strukturların bağlandığını elan etdi.

Bu, Azərbaycan diplomatiyasının növbəti uğuru, növbəti qələbəsi deməkdir. Bu qələbə bir daha sübut etdi ki, Azərbaycan Cənubi Qafqazda şəriksiz liderdir və dövlətimiz hərbi müstəvidə olduğu kimi diplomatik müstəvidə də öz iradəsini diktə etməyə qadirdir”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər