Xalq artistinin səhhətində problem yaranıb - “10 gün xəstəxanada yatdım” - FOTO+ÖZƏL
Ekskluziv
158
10:22, Bu gün

Xalq artistinin səhhətində problem yaranıb - “10 gün xəstəxanada yatdım” - FOTO+ÖZƏL

Xalq artisti, tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb.
 
O bu haqda Moderator.az-a danışıb:
 
“Səhhətimdə ciddi problemlər yaranıb. Hazırda müalicə alıram. Məndə koronavirus xəstəliyindən qalma problemlər var idi. Bronxlar, mədə-bağırsaq və s. xəstəliklərim də var. Heç yerə getmirəm. Efirlərə də dəvət alıram, gedə bilmirəm. 1 ay 10 gündür ki, çox ciddi müalicə alıram. 10 gün xəstəxanada müalicə aldım, qalan günləri də evdə. 3-cü kurs başlayır artıq. Qocalıq da bir yandan əl çəkmir”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər