“Türk dövlətləri arasında birlik və həmrəyliyin güclənməsi strateji əhəmiyyətə malikdir”
Ekskluziv
261
19:49, Bu gün

“Türk dövlətləri arasında birlik və həmrəyliyin güclənməsi strateji əhəmiyyətə malikdir”

“Türk dövlətləri arasında birlik və həmrəyliyin güclənməsi strateji əhəmiyyətə malikdir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, tarixi köklərdən qaynaqlanan bu birlik, müasir dünyada meydana çıxan təhlükəsizlik problemləri səbəbilə ikiqat aktuallıq əldə edib:

“Məlum olduğu kimi, türk dünyası eyni kök və mədəniyyətə malik olan xalqlardan ibarətdir. Lakin müxtəlif səbəblərdən türk xalqları arasında mədəni əlaqələr qorunub saxlanılsa da, siyasi-iqtisadi əlaqələrin səviyyəsi uzun müddət o qədər də yüksək deyildir. Fəqət sevindiricidir ki, biz son bir ildə bu əlaqələrin sürətlə genişləndiyini və inkişaf etdiyini görürük. Prezident İlham Əliyevin türk dövlətlərinə etdiyi səfərlər, eləcə də, digər türk dövlətlərinin liderlərinin Azərbaycana səfərləri, bu səfərlər əsnasında imzalanan müqavilələr, əldə edilən razılaşmlar türk dünyasındakı münasibətlərin sürətlə inkişafını stimullaşdırdı.

Bu gün Türk Dövlətləri Təşkilatının timsalında türk dünyasının birgə, koordinasiyalı fəaliyyətinə şahid olmaqdayıq. Bu isə yalnız Azərbaycann deyil, bütün türk dövlətlərinin uğurudur. Çünki bu birlik və həmrəylik bizə müasir dünya üçün xarakterik olan böyük təhlükələrdən sığortalanmağa, milli maraqlarımızı uğurla müdafiə etməyə, türk dünyasının beynəlxalq aləmdəki nüfuzunu daha da artırmağa imkan verəcək”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər