“Avropa Ukraynadan daha çox öz təhlükəsizliyindən narahatdır” – Rusiya xofu!
Ekskluziv
186
16:24, Bu gün

“Avropa Ukraynadan daha çox öz təhlükəsizliyindən narahatdır” – Rusiya xofu!

“Avropa Ukraynadan daha çox öz təhlükəsizliyindən narahatdır və buna görə də Ukrayna ilə Rusiya arasında imzalanacaq mümkün sülh sazişində təhlükəsizliklə bağlı məqamlara xüsusi həssaslıqla yanaşır”.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, Qərb öz təhlükəsizliyinin Ukraynanın təhlükəsizliyindən keçdiyini yaxşı dərk edir. Bu səbəbdən də Ukrayna ilə Rusiya arasında bağlanacaq sülh sazişi zamanı Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərəcək hər hansı bəndin bu sazişdə yer almasını istəmir.

Xatırladaq ki, Rusiya tərəfinin irəli sürdüyü şərtlərdən biri Ukrayna ordusunun bir sıra bölgələrdən çıxarılması, ordunun sayının azaldılması, bu ölkənin NATO-ya daxil olmayacağı ilə bağlı üzərinə konkret öhdəliklər götürməsi ilə bağlıdır. Bu şərtlər isə həm Ukraynanın, həm də Avropanın maraqları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Buna görə də Avropa Rusiya ilə Ukrayna arasında “ləyaqətli sülh sazişi” imzalana qədər rəsmi Kiyevə hərtərəfli dəstək göstərməyə çalışırlar. Qərb dövltləri hesab edir ki, Ukraynanın Rusiyanın diktə etdiyi hazırkı şərtlərlə sülh imzalaması bu ölkə ilə yanaşı, həm də Avropa dövlətlərinin təhlükəsizliyini sual altında qoyar.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər