“Türk dünyasının birliyi bəzi dövlətlərdə qısqanclıq doğurur”
Ekskluziv
195
15:25, Bu gün

“Türk dünyasının birliyi bəzi dövlətlərdə qısqanclıq doğurur”

“Türk dünyasının birliyi bəzi dövlətlərdə qısqanclıq hissi doğurur. Çünki hər kəs aydın başa düşür ki, bu birlik təbii, güclü, böyük gələcəyi və potensialı olan bir birlikdir”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, bütün hadisə və proseslər türk dünyasının güclənən əməkdaşlığından və möhkəmlənən birliyindən xəbər verir:

“Türk dövlətlərinin birliyi yaxıə gələcəkdə dünyanın istənilən yerində, istənilən coğafiyasında baş verən proseslərə ciddi təsir göstərə bilər. Buna görə də bir sıra dövlətlər bu birlikdən ehtiyat edir, türk dünyasının daha da qabağa getməsini, yaxınlaşmasını istəmirlər. Lakin kim nə deməyindən asılı olmayaraq, türk dövlətləri əməkdaşlıq səylərini gücləndirməkdə maraqlıdır və bu istiqamətdə bütün gərəkli addımlar atılır. Bu isə o deməkdir ki, türk dünyası bundan sonra bir çox məsələlərdə, xüsusilə də xarici siyasət və ümumtürk maraqları çərçivəsində daha koordinasiyalı və vahid mövqe sərgiləyəcək, vahid strategiya sərgiləyəcəklər”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər